Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq

Tarix: 14-02-2023 18:46     Baxış: 4291 A- / A+
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq.
Manevr.az bildirir ki, bunu un Ankara bürosuna açıqlamasında "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat söyləyib.
Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub.
Azərbaycandan böyük miqdarda yardım gəldiyini deyən TÜİB sədri bildirib ki, hazırda ölkəmiz Türkiyənin zəlzələ baş verən bütün bölgələrinə dəstək vermək əzmindədir: “Hazırda biz Adıyamanda 1 000 konteynerlik şəhər quracağıq. Azərbaycandan gələn TIR-ları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Adıyamandakı mərkəzinə aparırıq".
H.Büyükfırat deyib ki, konteyner şəhərində bütün sosial təminat qurulacaq: “Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Kahramanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılacaq”.
Adıyamana 4, Kahramanmaraşa isə 20-yə yaxın TIR-la yardım çatdırdıqlarını vurğulayan TÜİB sədri Azərbaycandan gələn yardımların Türkiyənin Azərbaycandakı Səfirliyinin koordinasiyası ilə göndərildiyini qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar