Xəbər lenti
Xamenei yalnız “küçədən keçənləri” “əfv” etdi - Oyta

Bu sözləri Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Elvin Oyta son günlər əfv olunan milli fəallarımız haqqında danışarkən deyib.
“İnqilabın yubileyi münasibətilə nəzərdə tutulan əfvdə cəzası ağır olan şəxslər yoxdur. Hansı ki, etiraz zamanı polislə mücadilə etməkdə, ya da özlərini qorumaq üçün daş atmaqda ittiham olunan gənclərin bu siyahıda yer alması lazım idi. Qeyri-fars millətin nümayəndələri haqqında da bunu demək olar. Onların bəzilərinə uzunmüddətli həbs veriblər, bəzilərini isə edam ediblər. Buraxılanlar əvvəlki hərəkatımızdan olan fəallardır. Onların da həbs müddəti bitmək üzrə idi. Bir neçə maddə üzrə ittiham olunan şəxsləri həbsdən azad etsələr də, sürgün cəzası qüvvədən qalxmayıb. Milli fəal Əlirza Fərşi belə siyasi məhbuslardandır. Onu iki il ərəb bölgəsinə sürgün gözləyir”.
O, rejimin bütün körpüləri yandırdığını diqqətə çatdırıb:
“İran rejimi heç vaxt siyasi fəallarla münasibətində səmimi olmayıb, onlarla yumşaq davranmayıb. Uzunmüddətli həbslər verib, işgəncələr edib, hətta bəzilərinə sui-qəsd planlaşdırıb. Xaricdə yaşayan Güney azərbaycanlı fəallarımıza qarşı hücumlar olunub, onlara qarşı terror hadisələri törədiblər. İran rejimi yırtıcı bir rejimdir. Bunlar heç bir zaman əməllərindən əl çəkməzlər. Öz hakimiyyətlərini qorumaq üçün ya milləti məhv edəcəklər, ya da görsələr işləri xarabdır, qaçacaqlar”. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar