Xəbər lenti
Mehriban xanım Əliyevanın Türkiyəyə göndərilən hümanitar yardımları şəxsi nəzarətində saxlaması milli təəssübkeşlikdən qaynaqlanır – Deputat
Qardaş Türkiyədə baş verən zəlzələ və onun nəticəsində yaranan ağır vəziyyət hər bir azərbaycanlı üçün ağrılı və kədərli oldu.
Ölkəmizdə kiçikdən-böyüyə, imkanlarından asılı olmayaraq bu gün hər kəs qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı səfərbərlik halındadır. Hamı çalışır ki, Türkiyədəki qardaşlarının acısını bir az da olsa yüngülləşdirmək üçün nəsə etsin. Kimi evindən yorğan-döşək gətirir, kimi oradakı körpələrimizin, övladlarımızın soyuqdan üşüməməsi üçün isti geyimləri toplama mərkəzlərinə göndərir. Bütün bunlar isə qardaş Türkiyənin ağır durumunda xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin təcəssümüdür.
Manevr.az bildirir ki bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, zəlzələnin ilk günündən Azərbaycan dövləti qardaş Türkiyənin yanında, onunla həmrəy olduğunu bəyan edib: “Prezident İlham Əliyev dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, birlik və həmrəyliyimizi ifadə edib. Bunun ardınca dövlət başçısının göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin Xilasedici Qrupu qardaş ölkəyə göndərilib. Eyni zamanda Azərbaycanda dövlətin etdiyi yardımlarla yanaşı, ictimi təşkilatlar da bu mənəvi prosesdə aktiv yer alıb”.
Millət vəkili vurğulayıb ki, qardaş ölkədə insanlaırn ağır və çıxılmaz durumuna Azərbaycanda heç kəs biganə qala bilmir: “Bu bizim qardaşlıq borcumuzdur. Çünki qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub. II Qarabağ Müharibəsinin ilk dəqiqələrində qardaş Türkiyə prezidenti Azərbaycanın tək olmadığını vurğulamssı böyük siyasi və mənəvi əhəmiyyət kəsb edirdi. Sözsüz ki, hər bir çətinlikdə və xoş günlərdə bir-birinin yanında, arxasında olan Azərbaycan və Türkiyə baş vermiş zəlzələnin ağır nəticələrini də birlikdə aradan qaldırılmasına nail olacaq”.
Aqil Məmmədov birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa göstərişi ilə qardaş ölkəyə göndərilən hümanitar yardımların bu gün davam etdiyini bildirib: “Çox hömrətli Mehriban xanın Əliyev zəlzələnin ilk günündən qardaş ölkəyə hümanitar yardımların göndərilməsini xüsusi olaraq diqqətdə saxlayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə də hümanitar yardımların göndərilməsi davam edir. Bütün bu amillər ölkəmizdə insan amilinə verilən ən yüksək diqqətin bariz nümunəsi hesab edilir. Mehriban xanım Əliyevanın diqqət və göstərişləri ilə qardaş ölkəyə göndərilən hümanitar yardımlar Onun bu məsələni daimi olaraq şəxsi nəzarətində saxlaması yüksək mənəviyyat, milli təəsübkeşlikdən qaynaqlanır. İnşallah ki, qardaş ölkədə baş verən dağıntıların altında qalan bacı və qardaşlarımız tezliklə sağsalamat xilas olar. Orada yenidən həyat canlanar”.
Nigar Nəriman
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar