Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Zəlzələdə öldüyünü düşündüyü oğlu ilə eyni palatada görüşdü

Tarix: 11-02-2023 22:28     Baxış: 3384 A- / A+
Zəlzələdə öldüyünü düşündüyü oğlu ilə eyni palatada görüşdü"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdən sonra Hatayda dağıntılar altından xilas edilən ana Adanada xəstəxanada 5 yaşlı oğlu ilə bir araya gəlib.

Antakyanın General Şükrü Kanatlı məhəlləsindəki 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 43 yaşlı Eysem Açıkgöz və 5 yaşlı oğlu Bəkir İlteriş Kaplan zəlzələ nəticəsində dağılan binalarının altında qalıb.

Axtarış-xilasetmə qrupları tərəfindən 36 saat sonra dağıntılar altından çıxarılan kiçik Bəkir Hatay Təhsil və Araşdırma Xəstəxanasında ilk müalicəsinin ardından Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.

Oğlundan təxminən 1 saat sonra xilas edilən ana da eyni xəstəxanaya aparılıb. Eyni xəstəxanada müalicə olunduqlarından xəbərsiz olan Açıkgöz oğlunu tapmaq üçün səhiyyə işçilərindən kömək istəyib.

Ailəsi yanında olmayan uşaqların şəkillərini çəkən Sosial Xidmətinin əməkdaşı Fuad Kurt Açıkgözün oğlunu axtardığını öyrənib və fotoşəkilləri göstərərək ana və oğlunun görüşməsinə şərait yaradıb.

Oğlunun müalicə olunduğu otağa gətirildiyini görən ananın duyduğu sevinc hər kəsi duyğulandırıb. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar