Xəbər lenti
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından Türkiyəyə yardım - Şəkil
5 gündür ki, Qardaş Türkiyə Respublikası və əziz Türk xalqı təbiətin ən böyük imtahanı ilə mübarizə aparmaqdadır. Dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün bütün dünyanın mütərəqqi dövlətləri, təşkilatları və insanları səfərbər olub.
Bu barədə “Aşıq Şəmşir” Mədəniyyət Ocağından məlumat verilib.
"Belə bir məqamda ən tez köməyə yetişən Azərbaycan olmuşdur. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk yardımlar və xilasedicilər qardaş köməyinə tələsmişdir.
Bu gün etnik mənsubiyyətindən, milli maraqlarından asılı olmayaraq, bütün xilasetmə qrupları dağıntıların altından can qurtardığı zaman uşaq kimi sevinir, faciəyə şahid olduqlarında isə kədərlərini gizlədə bilmirlər.
Bu faciədə təkcə Azərbaycan dövləti deyil Azərbaycan xalqı da bir nəfər kimi Türkiyənin yanındadır. Qardaşlarımızın-bacılarımızın acısını bölüşür.
Hər zaman xeyirxah missiyalarda yaxından iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı bu xeyrixah missiyayaya qoyulubdur. Mədəniyyət Ocağı hazırda zəlzələdən əziyyət çəkən, qışın soyuğundan qorunmağa çalışan insanlar üçün 2 min ədədə isti ədyal alaraq zənzələdən əziyyət cəkınlərə göndərib. Mədəniyyət Ocağı bundan sonra da yardımlar etməkdə davam edəcəkdir.
Əziz türk qardaşlarımızın acısı bizim də acımız, sevincləri sevincimizdir.
İnanırıq ki, böyük Türk milləti bu imtahandan da üzü ağ çıxacaqdır", - məlumatda bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar