Böyük Britaniya hökuməti bu gün dağıdıcı zəlzələlərdən sonra Türkiyə və Suriyaya 8 milyon funt sterlinq dəyərində əlavə dəstək paketi elan edib.
Manevr.az-ın Britaniya bürosunun müxbiri xəbər verir ki, Böyük Britaniya böhrana təcili cavab tədbirləri çərçivəsində sağ qalanlara dondurucu hava şəraitinin öhdəsindən gəlməyə kömək etmək üçün çadır, ədyal, gigiyena dəstləri kimi həyati vacib əşyalar təqdim edəcək. Böyük Britaniyanın anbarından təcili olaraq çatdırılacaq avadanlıq 15.000-ə qədər insanın ehtiyaclarını ödəyəcək.
Həmçinin yardım çərçivəsində, təcili müalicəni təmin etmək üçün cərrahiyyə imkanları və avadanlıqları ilə dünya səviyyəli Böyük Britaniya həkimləri qrupu da yola çıxacaq.
8 milyon funt sterlinqlik əlavə dəstəklə bağlı qərar, 77 Böyük Britaniya axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və dörd axtarış itindən ibarət qrupun dünən Qaziantepə çatmasından sonra verilib.
Britaniya xarici işlər naziri Ceyms Kleverli əsas prioritetlərinin Türkiyə hökuməti, BMT və beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq ən çox ehtiyacı olanlara həyat xilasetmə yardımının göstərilməsini təmin etmək olduğunu söyləyib.apa
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar