Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Türkiyəmizin yanındayıq, yaralarımızı birlikdə saracayıq!" - Müşfiq Məmmədli

Tarix: 07-02-2023 17:43     Baxış: 3287 A- / A+
Milli Məclisin deputatı Müşfiq Məmmədli Türkiyədə baş vermiş faciəyə münasibət bildirib.
Manevr.az xəbər verir ki, millət vəkili hisslərini sosial media hesabında bölüşüb. Həmin paylaşmı olduğu kimi təqdim edirik:
"Ötən gün qardaş Türkiyə Cümhuriyyətinin 10 bölgəsində baş verən zəlzələ bizi dərindən sarsıtdı. Son məlumata görə təbii fəlakət nəticəsində 3419 nəfər həlak olub, iyirmi mindən artıq yaralımız vardır. Və bu rəqəm getdikcə artmaqdadır. Zəlzələnin ardından Türkiyə 4-cü səviyyə həyəcan vəziyyəti elan etdi. Bu həyəcan siqnalı beynəlxalq yardım istəyi bildirir. Azərbaycan dövləti bu istəyə cavab verən ilk dövlət oldu. Cənab prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 420 xilasedicisi, 20 hərbi həkim zəlzələdən zərər çəkmiş bölgələrə göndərilmişdir. Artıq Bakıda, Azərbaycanın digər bölgələrində qan qardaşlarımıza yardım mərkəzləri yaradılmışdır. Türkiyənin acısını dərindən hiss edir, vəfat edənlərə Allahdan rəhmət, yaralı insanlarımıza şəfa diləyirik. Hər zaman olduğu kimi Türkiyəmizin yanındayıq! Yaralarımızı birlikdə saracayıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar