Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədəki zəlzələ ilə bağlı ŞOK İDDİA - Məşhur alim deyilənlərə aydınlıq gətirdi

Tarix: 07-02-2023 12:25     Baxış: 4200 A- / A+


Türkiyədəki zəlzələ ilə bağlı ŞOK İDDİA - Məşhur alim deyilənlərə aydınlıq gətirdi


Türkiyənin Kahramanmaraş, Malatya, Diyarbakır, Osmaniye, Hatay və digər şəhərlərində çoxsaylı insan ölümünə səbəb olan zəlzələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
 
Sosial şəbəkələrdə gedən qızğın müzakirələrdə zəlzələnin süni şəkildə yaradılmasına dair şübhəli məqamların olduğu deyilir. Belə düşüncənin səbəbi HAARP texnologiyasıdır. Türkiyədəki dağıdıcı zəlzələnin məhz bu texnologiya vasitəsi ilə Qərb tərəfindən törədilməsi ehtimalını irəli sürənlər də var.
 
Bəs HAARP nədir?
 
Manevr.az xəbər verir ki, HAARP iyonosferin xüsusiyyətlərini və davranışını araşdırmaq üçün Alyaska Universiteti ilə birgə layihə əsasında yaradılıb. Hazırda Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətindədir. Layihənin reallaşdırıldığı Alyaskada 180 nəhəng antenanın olduğu iddia edilir.
 

 
Rəsmilərin sözlərinə görə, bunun havada raketləri məhv etmək, yerin altında zondlar aparmaq, sualtı qayıqlarla əlaqəni asanlaşdırmaq və geniş ərazidə bütün rabitəni kəsmək kimi müxtəlif məqsədləri var. Bəzi məşhur amerikalı geofiziklərin fikrincə, bu texnologiya iqlimi dəyişmək, ozon təbəqəsinə müdaxilə etmək, zəlzələlər yaratmaq və radiasiya yaymayan termonüvə partlayışları yaratmaq üçün dəhşətli gücə malikdir.
 
HAARP layihəsi ilk dəfə serb əsilli ABŞ alimi Nikola Tesla tərəfindən ilkin variantda ərsəyə gətirilib. Tesla atmosferə aşağı səviyyəli maqnit dalğaları göndərməklə güclü enerjinin yaradıldığını kəşf edib. Hazırda HAARP-ın quraşdırıldığı əraziyə hər hansı təyyarənin yaxınlaşması qadağandır.
 
HAARP-la, yaxud başqa silahlarla süni zəlzələ yaratmaq mümkündürmü?
 

Dünyaca məşhur türk geoloq Celal Şengör ötən gün qonaq olduğu televiziya verilişində bu məsələyə münasibət bildirib. 
 
“Belə bir şey mümkün deyil. Belə şey mümkün olsaydı, indiyə kimi nələr-nələr baş verməzdi", - türkiyəli alim iddialara cavab olaraq deyib.
 
Jurnalistin "fay xəttində 5 atom bombası birdən partladılsa da zəlzələ mümükün olmazmı" sualına professor belə cavab verib:
 
"Belə halda zəlzələ bəlkə də, mümkün olar. Ancaq bu, olduqca güclü maliyyə tələb edir. Qazma əməliyyatı həyata keçirib, atom bombasını oraya yerləşdirib, partlatmaq lazımdır. Digər yandan zəlzələ onsuz da yüzlərlə, minlərlə atomun çıxardığı enerjini çıxarır. Ümumiyyətlə, silahla filan süni zəlzələ yaratmaq mümkün deyil. Bir sözlə, bu sadəcə boş iddiadan ibarətdir".
 
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
 
Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar