Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir" - Abid Şərifov

Tarix: 28-04-2017 21:07     Baxış: 4312 A- / A+
"Belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir"

Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsinə münasibət bildirib

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən "Xruşşovka" tipli beton yaşayış binalarının sökülüb-sökülməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Manevr.az “report”-a istinadən xəbər verir ki, o, “ASAN radio”nun “QəbuldASAN” verilişində Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlandığını söyləyib.

Baş nazirin müavini deyib ki, buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir: “Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrorayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.

A.Şərifov vurğulayıb ki, Montin qəsəbəsində beton binalar olmadığından orada hansısa söküntünün aparılması gündəmdə deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar