Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın xilasetmə qrupu Kahramanmaraşda fəaliyyətə başladı - Şəkillər

Tarix: 06-02-2023 22:59     Baxış: 4254 A- / A+
Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gələn xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib.

Bu barədə “Ensonhaber” xəbər verir.

Bildirilir ki, xilasetmə qrupları təbii fəlakət bölgəsindədir.

Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Təbii fəlakətdən sonra ölkə üzrə bütün bölmələr hazırlıq vəziyyətinə gətirilib.

Daxili işlər naziri Süleyman Soylu dördüncü səviyyəli həyəcan siqnalının verildiyini və beynəlxalq yardımın da gələcəyini bildirib.

“Azərbaycan yardıma tələsdi. Bu çərçivədə ilk yardım qardaş ölkə Azərbaycandan gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ilkin olaraq 370 nəfərdən ibarət yardım qrupunun göndəriləcəyi açıqlanıb.

Bu açıqlamadan sonra xilasetmə qrupları sürətlə Türkiyəyə çatmaq üçün hərəkətə keçib.

Azərbaycandan olan axtarış-xilasetmə qrupları zəlzələdən 15 saat keçməmiş Kahramanmaraş şəhərinə gəlib. Onlar qısa zamanda zəlzələ zonasına göndəriliblər. Hava limanına enən qruplar sürətlə zəlzələ bölgələrinə köçürülüb”, - agentlik vurğulayıb. musavat.com

Manevr.az 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar