Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yol polislərin ağlasığmaz əməlləri ifşa oldu - NAZİR 7 NƏFƏRİ İŞDƏN QOVDU

Tarix: 28-04-2017 17:37     Baxış: 4334 A- / A+
Bakıda yol polislərin ağlasığmaz əməlləri ifşa oldu


Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP) şöbəsində ciddi qanun pozuntuları aşkarlanıb.


Manevr.az bakipost.az-a istinadən xəbər verir ki, qurumda xidmət aparan polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri ("ratsiya”) ilə təchiz edilib

Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə vasitəsi ilə həyata keçirirmişlər.

"Əməliyyat”lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra avtomobillər sərbəst buraxılıb.

İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi və onun yaxın ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib, şəxsi ciblərə gedib.

Araşdırma zamanı məlum olub ki, bütün bunlarla yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin rabitə vasitələrindən istifadə olunub.

Məlumata görə, şöbədə çalışan, yol-patrul xidməti aparmaq səlahiyyəti olmayan polis zabitləri – "kabinet işçiləri”, həmçinin, təqaüddə olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş.

Bu proses 2017-ci ilin mart ayına qədər davam edib. 2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata başlayıblar.

Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında iki zabit və bir nəfər polkovnik-leytenant rütbəli (Bəhram Mədətov) şəxs də var.

Bu qanun pazuntularında bir başa məsuliyyət daşıyan şöbənin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov isə hələ öz vəzifəsində qalır. Bu məqam isə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi və tələbi ilə həyata keçirdiklərini bildiriblər.

Son məlumatlara görə, artıq rəis polkovnik-leytenant Firdovsi Yusifovun barəsində yoxlamalar aparılır, onun yaxın günlərdə postuyla vidalaşacağı gözlənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar