Xəbər lenti
Bizə Zəfəri qazandıran gənclərimizin Vətən sevgisi və igidliyidir
Aqil Məmmədov
Milli Məclisin deputatı
Bu gün Azərbaycan gəncliyi, bütövlükdə ölkəmiz 2 Fevral - Azərbaycan Gəncləri Gününü qeyd edir. Ölkəmizdə sistemli gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
H.Əliyev hələ sovet dövründə rəhbər vəzifələrdə olduğu vaxtlardan Azərbaycan gənclərinin inkişafı, onların problemlərinin həlli, yüksək təhsil almaları, müasir dünyagörüşülü nəslin kimi yetişməsinə misilsiz töhfələr vermişdir.
Müstəqilliyimizin ilk illərindən digər sahələrin inkişafı ilə yanaşı, gənclər məsələsi Heydər Əliyev siyasətinin prioritetini təşkil edirdi. 1994-cü ildə ayrıca olaraq Gənclər və İdman Nazirliyinin yaradılması göstərirdi ki, ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafında görür. Onun gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2 fevral 1996-cı il tarixi isə Azərbaycan gəncliyinin həyatında yeni mərhələ oldu. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.
Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış etmiş və gənclərə müraciət ünvanlamışdır. Ulu öndər gənclərə müraciət edərək deyirdi: “Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini uğurlar davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.
Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır”.
Müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.
44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza zəfər qazandırdı. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Cənab Prezident haqlı olaraq qeyd edir ki, nə qədər müasir silahlar olsa da, müharibədəki qələbə, Azərbaycan gəncliyinin Vətənə olan sevgisinin, sədaqətinin, həmçinin, hər bir hərbçimizin şəxsi şücaətinin, igidliyinin sayəsində əldə edildi.
Bu gün də Azərbaycan gəncləri ölkəmizin daha güclü inkişafı naminə Ulu öndərin siyasətini uğurla davam etdirən Müzəffər Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
2 Fevral Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, hər birinə təhsil və iş həyatında, şəxsi həyatda uğurlar arzu edirəm!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar