Xəbər lenti
Akif Çovdarov ekspertiza tələb edir
Odioz general xəstə olduğunu sübut etmək üçün yollar axtarır
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov aclıq aksiyasını davam etdirir. O, istintaqın avqustun 30-da yekunlaşdırılmasına etiraz edir. Tələb edir ki, istintaq o, iş materialları ilə tanış olub qurtarandan sonra yekunlaşdırılsın.
A.Çovdarov tələbini belə əsaslandırır ki, xəstədir, hər gün maksimum 2 cildlə tanış ola bilər. İstintaq isə qərar qəbul edib ki, Akif Çovdarov hər gün 3-4 cildlə tanış olmalıdır və istintaq avqustun 30-da yekunlaşmalıdır. Akif Çovdarovun təqsirləndirildiyi iş üzrə cildlərin sayı 50-dən artıqdır. Akif Çovdarov aclıq aksiyası başlasa da, ona əhəmiyyət verilmir. Onun aclıq aksiyası qeydiyyata belə alınmayıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə modern.az-a açıqlamasında deyib ki, təqsirləndirilən, yaxud cəza çəkən şəxsin aclıq aksiyasına başlaması üçün rəsmi müraciət olmalıdır: “Məhkum rəsmi olaraq saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Müraciətdə yeməkdən imtinanın səbəbləri göstərildikdən sonra məhkum digər məhkumlardan təcrid olunaraq həkim nəzarətinə götürülməlidir. Hazırda isə belə bir müraciət daxil olmayıb”.
Ona görə də odioz general növbəti tələblə çıxış edib. Redaksiyamıza daxi olan məlumata görə o, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət edib. İdarədən özünün ekspertizadan keçirilməsini, xəstə olub-olmaması haqda rəy verməsini tələb edir. Akif Çovdarov çeşidli xəstəliklərdən əziyyət çəkdiyini iddia edir.
Xatırladaq ki, A.Çovdarov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində həkim nəzarətində saxlanılır. A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub.
E.MƏMMƏDƏLİYEV
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar