Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısı uşaq bağçalarını BELƏ "SOYUB": müdirlər qaimələrə qol çəkiblər, amma...

Tarix: 31-01-2023 21:08     Baxış: 3223 A- / A+
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Natiq Əliyevin sədirliyi ilə keçirilən proses 3 saata yaxın davam edib.

Məhkəmədə vaxtı ilə icra hakimiyyətlərin tabeliyində olan uşaq bağçalarındakı qanunsuz əməllər ifşa olunub. Şəmkirdə uşaq bağçalarına ayrılan pulların necə silinməsi üzrə ifadələr verilib. Bəlli olub ki, Şəmkirdə uşaq bağçalarına ərzaq və digər vaistələri ancaq Azər Kərimov adlı şəxsə məxsus “21-ci əsr” şirkəti satıb. Bir çox hallarda isə baxca müdirləri Alimpaşa Məmmədovun göstərişi ilə almadıqları invertar, qida və yucu vaistələrin qaimələrinə qol çəkiblər. Sonradan isə qaimədə göstərilənlər çatdırılmayıb.

Bənzər faktlar daha çox Şəmkir rayonunun özündə baş verib. Sözügedən prosesdə hazırda rayonda icra nümayəndəsi işləyən Pərviz İbrahimov adlı şəxs xüsusi fəallığı ilə seçilib. Adıçəkilən şəxs baxca müdirlərindən pul yığmaqla məktəbəqədər tərbiyyə müəssisələrinin qazlaşdırılması işlərinə də cəlb edilib. Belə ki, Alimpaşa Məmmədov Pərviz İbrahimova məktəbəqədər tərbiyyə müəssisələrinin qazlaşdırılmasını tapşırıb. Nəticədə baxca müdirlərindən müxtəlif məbləğlərdə vəsaitlər yığılıb. Vaxtı ilə baxca müdirəsi işləmiş Gülçin adlı qadından 5 min manat alınıb. Lakin bir müddət sonra işdən çıxarılıb. Pərviz İbrahimov hakimə sadalanan faktlarla bağlı göstrərişləri Alimpaşa Məmmədovdan alıdğını deyib. Sabiq icra başçısı da faktı təsdiq edib. Bundan əlavə icra nümayəndələrinə ancaq Azər Kərimova məxsus şirkətdən baxcalara lazım olan təlabat mallarının alması göstərişi də olub. Baxcalarda yoxlamalar isə sadəcə formal xarakteri daşıyıb. Odun yanacağı ilə qızdırılan 6 saylı baxcaya odun tədarükü üçün 1587 manat vəsait ayrılıb. Amma pullar silinib.

Diqqət çəkən məmaqlardan biri də uşaq bağçalarına işçilərin götürülməsi ilə bağlıdır. Belə ki, bəzi məktəbə qədər tərbiyyə müəssisələrində gözətçi kimi qadınların adı yazılıb. Həmin şəxslərin işə götürülməsi üçün isə tapşırıqlar İcra Hakimiyyətindən gəlib.

Növbəti məhkəmə prosesi fevralın yeddisi keçiriləcək. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar