Xəbər lenti
SENSASİYA! Putin Boris Consonu ölümlə TƏHDİD EDİB
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Putinlə bağlı sensasion açıqlama verib.
Conson Rusiyanın Ukraynaya hücum etməsindən əvvəl telefon danışığında Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.
Putinin dünya liderləri ilə qarşılıqlı əlaqəsini araşdıran BBC-nin hazırladığı sənədli filmdə danışan Conson deyib:
"O, bir anda məni hədələdi və dedi: "Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə cəmi bir dəqiqəyə..."
Keçmiş baş nazirin sözlərinə görə, telefon danışığı zamanı Rusiya lideri ona suallar verib: “Boris, siz deyirsiniz ki, Ukrayna tezliklə NATO-ya daxil olmayacaq... Bəs sonrası nə olacaq? Siz bunu çox yaxşı bilirsiniz”.
Bu danışıqdan 9 gün sonra, fevralın 11-də Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya səfər edib.
BBC-nin sənədli filmində Uollesin Rusiyadan Ukraynanı işğal etməyəcəyinə dair zəmanət aldığı təsvir edilir, lakin hər iki tərəf bunun yalan olduğunu bilir...
Uollesin sözlərinə görə, o, iclası tərk edərkən Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimov ona “bir daha heç vaxt alçaldılmayacağıq” deyib.
Qeyd edək ki, Kreml Boris Consonun açıqlamalarını təkzib edib. Açıqlamada Putinin keçmiş baş naziri raketlərlə təhdid etmədiyi vurğulanıb. musavat.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar