Xəbər lenti
Yurdunu ürəkdən sevənlər ölmür...
Ağdamın Mərzili kəndində doğulan, doğma ata eli işğal olunandan sonra məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşan şair- publisist Məmməd Mərzili ötüb keçən illər ərzində xeyli sayda nəşr olunan kitabları ilə oxucular arasında imzasını tanıtmağa nail olub.
Ana vətənimizə, uşaqlıq və gənclik illərində gəzib dolaşdığı Ağdama, cənnət timsallı Qarabağa qırılmaz tellərlə bağli olan vətənpərvər yazar oxuculara nəcib hisslər aşılamağı özünə borc bilib. Bununla yanaşı, AYB-nin Mingəçevir bölməsində öz fəallığı, təşkilatçılıq bacarığı və məhsuldar yaradıcılığı fərqlənib. Yazar dostumuzun nəşr etdirdiyi kitabları arasında illər boyu düşmən tapdağı altda qalan doğma torpaqlarımızı azad etmək naminə canlarından keçən şəhidlərimizə yönəlik sevgisi həmişə ön planda olub, Şəhidlik mövzusunda qələmə aldığı bir neçə kirabı da elə bu istəyin ən bariz nümunələridir... İllərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və adətən hər ayın sonuncu bazar günündə yazarları bir araya gətirən “Palira” Ədəbi Klubu üzvlərinin bu dəfəki toplantısı onun ötən ilin sonlarında işıq üzü görən “845” adlı kitabının təqdimatı ilə başlayıb. Tədbiri giriş sözüylə açan bölmə rəhbəri İsmayıl İmanzadə kitabın I Qarabağ Müharibəsində sözün əsl mənasında təkcə cəsur döyüşçü kimi deyil, həm də Ağdam bölgəsində şərid Eldar Bağırov adına 845-ci batalyonun yenilməz komandiri kimi tanınan, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Allahverdi Bağırovun və onun döyüşçü dostlarından bəhs etdiyini diqqətə çatdırdı. Və cəmi şəhidlərimizə Allahdan rəhmər diləməklə, çıxışının aşağıdakı misralarla sonucladı:
Yurdunu ürəkdən sevənlər ölmür,
Əbədi yaşayır xatirələrdə...
Şəhər Əmək Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı kitabı yüksək dəyərləndirməklə yanaşı, şəxsən tanıdığı və dəfələrlə cəbhə bölgəsində görüşdüyü ərən eloğlusu Allahverdi Bağırovla, onun komandiri olduğu batalyonda Ağdamdan və müxtəlif bölgələrdən olan igid döyüşçülərlə ilgili xatirələrini dilə gətirdi. Şair, ehtiyatda olan polis mayoru Bəhman Gülövşəli də I Qarabağ Müharibəsinin getdiyi vaxtlarda 5 ay ərzındə Ağdamda işlədiyini, Allahverdi Bağırovu, onun rəhbərlik etdiyi 845 nömrəli batalyonun bir çox döyüşçülərini yaxından tanıdığını vurğuladı. Mingəçevir Dövlət Universitetinin dosenti, tədqiqatçı-publisist Mehman Rəsulov şəhidlik mövzusunda yazılan əsərlərin, o cümlədən Məmməd Mərzilinin “845” adlı kitabının gənc nəslə vətənpərvərlik hissi aşılamaq baxımından böyük önəm kəsb etdiyini deyib, müəllifə yaradıcılıq uğurları arzuladı. Tədbirə qatılanlardan Namiq Zaman, Bəsti Bərdəli, Rəşid Rəsulov və başqaları da kitab müəllifinin yaradıcılıq üslubundan, fəallığından və yurd sevgisindən söz açdılar. Müəllifin etibarlı faktlara və reallığı əks etdirən arxiv materallarına, o cümlədən, 1988-1992-ciilərdəki qanlı-qadalı döyüşlərdən sağ çıxan keçmiş döyüşçülərin xatirələrinə istinad etdiyin, bu baxımdan kitabın dövrki hərb tariximizi zənginləşdirdiyini dönə-dönə vurğuladılar...
Tədbirin ikinci bölümündə İsmayıl İmanzadə bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Mingəçevir bölməsinin xəttiylə yanvarın sonu, aprel ayının birinci ongünlüyü ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş iki nominasya üzrə müsabiqə keçiriləcəkdir. Sonra o, bu önəmli müsabiqənin müddəti, şərtləri və münsiflər heyətinin tərkibi barədə müfəssəl məlumat verərək, qaliblərə mükafatların aprelin ikinci ongünlüyünün sonlarında küçirilməsi nəzərdə tutulan poeziya gücəsində təqdim ediləcəyini qeyd elədi... Tədbirin sonrakı məqamlarında AYB Mingəçevir bölməsində təmsil olunan yazarlardan Bəsti Bərdəli, Ağabala Salahlı, Namiq Zaman, Bəhman Gülövşəli, Mahir Musa və İsmayıl Mərcanlı vətən-yurd sevgisindən, ülvi məhəbbətdən, ana təbiətin gözəlliklərindən və günümüzün reallıqlarından bəhs edən şeirlərini söyləməklə, məclisə əlvan söz çalarları bəxş etdilər.
Vahid Qafarlı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar