Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Generalın məxfi qeydi ələ keçdi:

Tarix: 28-01-2023 23:24     Baxış: 263 A- / A+
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi qeyddə Amerikanın iki il sonra Çinlə müharibəyə girəcəyini iddia edib.

Bu barədə ABŞ-ın NBC telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Ümid edirəm yanılıram. İntuisiyam mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, - telekanal sənəddən çıxarışa istinad edir.

Mənbənin iddiasına görə, qeydin həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığının nümayəndələrindən biri təsdiqləyib.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti ələ keçirmək üçün istifadə edə bilər.

Bundan əlavə, Minihan tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.

Tayvan ətrafında gərginlik ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin 2022-ci ilin avqustunda Taybeyə səfərindən sonra artıb. Səfərin ertəsi günü Çin Xalq Azadlıq Ordusu ada ətrafında raket atışları ilə irimiqyaslı təlimlərə başlayıb. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar