Xəbər lenti
“İran bu terrora görə cavab verməlidir” – Aqil Məmmədov
“Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilən terror aktı, ölkəmizin dövlət siyasətinə, xalqına qarşı hücumdur”.
Millət vəkili Aqil Məmmədov bildirib ki, baş vermiş terror aktına görə İran dövləti birbaşa məsuliyyət daşıyır: “Xeyli müddətdir ki, İran dövlət səviyyəsində Azərbaycanı təhdid edir. Gah, hədələyici bəyanatlar verir, gah sərhədimizdə hərbi təlimlər keçirir. Baş verən terror aksiyası bu siyasətin məntiqi davamıdır”.
A.Məmmədovun sözlərinə görə diplomatik korpus nümayəndələrinin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək hər bir dövlətin, o cümlədən İran İslam Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliyidir: “Ciddi dövlətlər bu öhdəliyə ciddi yanaşır. Necə ki, Azərbaycan dövləti İranın ölkəmizdəki səfirliyinin mühafizəsini lazımi səviyyədə təmin edir və rəsmi Tehranın da borcudur ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini qorusun. Amma baş verən cinayət bunun əksini göstərir. Ölümlə nəticələnən hücum iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlmiş addımdır. Azərbaycanın regionumuzda, eləcə də dünyada güclənən mövqeyi İranı da narahat edir. Buna görə də, rəsmi Tehran dövlətimizin bölgədəki sülh və əməkdaşlıq təşəbbüslərinə əngəl olmağa çalışır”.
Millət vəkili bildirib ki, İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əslində Azərbaycana qarşı terror hücumudur. Məsələ ilə bağlı bütün hallar ən kiçik incəliliklərinə qədər öyrənilməli, araşdırma prosesinə azərbaycanlı mütəxəssislər cəlb edilməli, bir də bənzər hadisələrin baş verməməsi üçün İran tərəfi rəsmi zəmanət verməlidir. Əks təqdirdə Azərbaycan cinayət hadisəsinə adekvat cavab vermək hüququnu özündə saxlayır. Qatilin kim olması və hadisənin necə törədilməsi ilə bağlı İran tərəfindən yayılan şayiələrə gəldikdə, bu, sadəcə məsuliyyətdən qaçmaq və hadisəni manipulyasiya etməkdir. Terrorçunun Yasin Hüseyzadə, yaxud hər hansı bir erməni olmasının isə məsələnin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Bu uydurma vasitələr rəsmi Tehranın cavabdehliyini və beynəlxalq hüquq qarşısında məsuliyyətini azaltmır. Tam əksinə, onun məsuliyyətdən yayınma cəhdlər kimi qəbul edilir. Birmənalı şəkildə Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, bu kimi vasitələrlə Azərbaycanı yolundan döndərmək mümkün olmayacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar