Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Heç nə göründüyü kimi deyil, İranla Ermənistan arasında...” – Yunanesyan

Tarix: 26-01-2023 12:01     Baxış: 4278 A- / A+

“Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tehrana səfərini İran prezidentinin xanımı təşkil edib və erməni icmasının burada heç bir rolu olmayıb”.
Manevr.az xəbər verir ki, bunu “Hraparak”a müsahibəsində Tehranda fəaliyyət göstərən “Hay Dat” komitəsinin sədri İsaq Yunanesyan deyib.
Ermənistan-İran əlaqələrinə toxunan Yunanesyan iki ölkə arasındakı münasibətlərin göründüyü kimi olmadığını, hər şeyin kağız üzərində və bəyanatlar səviyyəsində olduğunu iddia edib:
“Müstəqillik əldə etdikdən sonra Ermənistan-İran münasibətləri bəyanatlar baxımından yüksək səviyyədə olub, amma xalqa lazım olanı görmürük. Bu otuz il ərzində bir sıra bəyanatlar, tövsiyələr və proseslər kağız üzərində qalıb, bunların irəliləyişini müşahidə etmirik. İrandakı erməni icması bunu görür və bundan narahatdır, deyilənlər əksinədir, görünməli olanlar görünmür”.
Komitə rəhbəri molla rejiminin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini özü üçün təhlükə kimi gördüyünü bu sözlərinə dilə gətirib:
“Müharibədən sonra İrandan gələn reaksiya sübut edir ki, İran tərəfi tərəfi özü üçün “türk təhlükəsi” hiss edir, buna görə də Ermənistanla münasibətləri önə çəkməyə başladı. Məhz müharibədən sonra Ermənistana yaxınlaşmağa, Azərbaycan-Türkiyə tandeminin qarşısını almaq üçün yollar tapmağa başladı. Amma təəssüflər olsun ki, bunlar da bəyanatlar şəklində qaldı. Ermənistan hakimiyyətinin Qərbə münasibəti ucbatından ciddi proses yoxdur. İranla Ermənistan burada toqquşur. Yəni İranın Qərblə problemi var, Ermənistan isə Qərbə baxır. Məhz bu səbəbdən İran və Ermənistan arasında yüksək səviyyəli razılaşma əldə olunmur”.
Yunanesyan Ermənistan baş nazirinin xanımı və qızlarının bir neçə gün əvvəl İrana baş tutmuş səfərinə də toxunub:
“Nikol Paşinyanın həyat yoldaşının İrana səfəri ilə bağlı deyim ki, bu səfəri İran prezidentinin xanımı təşkil edib və erməni icmasının heç bir rolu olmayıb. Bildiyimə görə, erməni icması ilə heç bir görüşü, qəbulu olmayıb, onun heç bir kilsəyə getdiyini də görmədik”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar