Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Davosda sərgilədiyi mövqe: Çoxaspektli xarici siyasətin xarakteri – Millət vəkili

Tarix: 24-01-2023 17:06     Baxış: 4191 A- / A+



Yanvarın 19-da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyətə malikdir. Bu Azərbaycanın xarici siyasətində mühüm amil hesab edilir. Çünki qloballaşan dünyada ölkələrin qarşılıqlı maraq doğuran məsələlərə dair sıx təmaslarının olması vacibdir.  Həmçinin Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək əlaqələrin genişlənməsi və möhkəmlənməsi üzrə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.
Bunu Manevr.az-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda səsləndirdiyi fikirlər özündə bir çox məsələləri ehtiva edib: “Bu çıxışda ölkə başçısı çoxaspektli xarici siyasətin xarakterindən bəhs edib. Eyni zamanda Orta Dəhlizin üstünlükləri haqqında ətraflı bəhs edən ölkə başçısı bu nəhəng layihədə iştirak edən ölkələrin arasında axşı münasibətlərin olmasının vacibliyini önə çəkib. Vurğulanıb ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən ölkə kimi bu əlaqələrin formalaşmasında vacib rola malikdir. Ölkəmizin Qərbdə Gürcüstan və Türkiyə ilə Şərqdə isə Mərkəzi Asiya yaxşı münasibətlərinin olduğu bildirilib. Bu mənada Azərbaycanın Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olmaqla yanaşı nəqliyyat infrastrukturunun formalaşmasında böyük sərmayə qoymasının müsbət nəticələri indi özünü daha qabarıq göstərməkdədir”.
Deputat deyib ki, Azərbaycan fəal xarici investisiya siyasəti həyata keçirməklə yanaşı “Vahid pəncərə” sistemini çərçivəsində Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq imkanlarına mühüm töhfə verir: “Eyni zamanda Azərbaycanın bu gün Avropanın enerji təchizatında vacib rolu daha çox önə çıxır. Bu mənada ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda görə, 2027-ci ilə qədər təchizatının iki dəfə artırılacağı proqnozlaşdırılır. Bu ildən etibarən isə neftin tranzitinin təkcə Türkmənistanla deyil, Qazaxıstanla da aparılması mümkün olacaq. Bu dəhlizdən, həmçinin karbohidrogen ehtiyyatlarının daşınması üçün də istifadə etmək potensialı mövcuddur. Məhz bu amil isə ölkələr üçün daha geniş imkanlar yaradacaq. Nəqliyyat sahəsi isə ixracın şaxələnməsində böyük əhəmiyyət kəsb edir. Belə ki, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycana əlavə biznes imkanları yaradır və tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı bu mənada böyük töhfə olacaq. Biznes mühitinin təkmilləşdirilməsi, yaşıl enerji ilə bağlı da çox böyük potensial mövcuddur”.
Millət vəkili bütün bunların fonunda Azərbaycanın Ermənistana çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə hələ də cavab verməməsinə diqqət çəkib: “Amma buna baxmayaraq Azərbaycan özünün sülh mövqeyini sona kimi qorumaqda israrlıdır. Azərbaycan siyasi və iqtisadi cəhətdən öz inkişafının yeni mərhələsindədir. Bu da dövlətimizin beynəlxalq arenada mövqelərinin daha da güclənməsini özündə ehtiva edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar