Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib – ŞƏKİL

Tarix: 22-01-2023 13:02     Baxış: 3322 A- / A+


London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Görkəmli dövlət xadimi Uinston Çörçilin abidəsinin yerləşdiyi meydanda iki saat davam edən aksiya zamanı “Ermənistanın Azərbaycandakı ekoloji terroru dayandırılsın!”, “Ermənistanın Qafqazda ətraf mühiti dağıtmasına son qoyulsun!”, “Ermənistanı dayandırın. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyamızın məhv edilməsinə son qoyulsun!”, “Erməni ekosidini dayandırın!”, “Erməni minaları = müharibə cinayətlər!”, “Biz ədalət tələb edirik!”, “Günahsız mülki vətəndaşlardan sonra Ermənistanın növbəti hədəfi bizim təbiətimizdir”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarlarının və çağırışlarının əks olunduğu plakatlar nümayiş etdirilib.
Britaniyadakı soydaşlarımız bu addımla Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəalları və qeyri-hökumət təşkilatları nümayəndələrini dəstəklədiklərini bəyan ediblər.

Aksiya çərçivəsində Londonin mərkəzi küçələrində yerli sakinlərə Ermənistan tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində ekoterror törətməsi ilə bağlı məlumatlandırıcı vərəqələr də paylanıb.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar