Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Cəmil Məmmədli sərbəst buraxıldı

Tarix: 18-01-2023 23:22     Baxış: 4307 A- / A+
Cəmil Məmmədli sərbəst buraxıldı
Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli barəsində qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, Cəmil Məmmədli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C. Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi barədə polisə məlumat daxil olub. O, qarşı tərəfə əl və ayaqla xəsarətlər yetirib, onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədli barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar