Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

Tarix: 18-01-2023 20:36     Baxış: 4368 A- / A+


 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq yanvarın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirilib.
Aksiya ölkəmizin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını qoruyan, vətənin müdafiəsində dayanan   hərbçilərimizin sağlamlığının qorunmasına kömək məqsədi daşıyıb. Müdafiə Nazirliyinin Baş klinik hospitalının səyyar qan tədarükü bölməsinin 12 nəfərdən ibarət həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin  əməkdaşları könüllü donor kimi qan verib. Tədarük olunan qan nümunələri Baş klinik hospitalının səyyar qan tədarükü bölməsində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq. Aksiya iştirakçıları xidməti vəzifələrini rəşadətlə yerinə yetirən hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah  iş olduğunu bildiriblər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər. Hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda çalışan ümumilikdə, 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı var. Onların əksəriyyəti bu gün keçirilən aksiyada fəal iştirak ediblər. Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası artıq üçüncü dəfə keçirilir.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar