Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Vardanyan ermənilərə işıq limitinin tətbiqinə başlayır

Tarix: 16-01-2023 21:47     Baxış: 3237 A- / A+
Qarabağdakı qondarma rejimin “blokada” şousu davam edir.

Bu barədə erməni mediası bildirir.

Məlumata görə, yanvarın 16-da oyuncaq “dövlət naziri və baş qərargahın rəhbəri” Ruben Vardanyanın rəhbərliyi ilə “operativ qərargah”ın növbəti iclası keçirilib.

“İclasda talon sisteminin tətbiqinin gedişi barədə məlumat verilib, təşkilati-texniki işlərin müəyyən edilmiş qrafikə uyğun aparıldığı bildirilib. Vauçer sisteminin asan tətbiqini təmin etmək məqsədilə həm təchizatçılar, həm də satış məntəqələrinin sahibləri üçün müvafiq maarifləndirmə və təlim tədbirləri həyata keçiriləcək. Bir neçə əsas mal qrupunun talonla satışı Xankəndidə 200, rayonlarda isə 400 mağaza vasitəsilə həyata keçiriləcək”-məlumatda deyilir.

Eyni zamanda bildirilir ki, qondarma “respublikanın” enerji təchizatı ilə bağlı “gərgin olaraq qalan vəziyyət”dən bəhs olunub. Ermənistandan Qarabağa enerji təchizatının kəsildiyi iddiası da səslənib. İddia olunub ki, “çünki Azərbaycan tərəfi qəzanın səbəblərini öyrənmək üçün mütəxəssisləri nəzarət etdikləri əraziyə buraxmır”. Bu “səbəbdən” əhalinin minimum enerji tələbatını mümkün qədər uzun müddətə ödəmək üçün sabahdan etibarən iki saatlıq fasiləsiz elektrik kəsilməsi əvəzinə, dörd saatlıq iş qrafiki tətbiq ediləcək.

Göründüyü kimi, Vardanyan dünyanı Laçın yolunun “kəsildiyinə” inandırmaq üçün girovluqda saxladığı Qarabağ ermənilərinə məşəqqətlər yaşadır. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar