Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Çexiya seçkiləri - keçmiş generalın şansı yüksəkdir

Tarix: 14-01-2023 21:44     Baxış: 4231 A- / A+


 
Çexiyada prezident seçkilərinin birinci turunun nəticələrinə görə, keçmiş NATO generalı Petr Pavel gözlənilmədən eks-baş nazir Andrey Babişlə səslərin sayında önə çıxıb.
Xarici agentliklər xəbər verir ki, səsvermənin birinci turunun finalı son dərəcə dramatik keçib.
Səslərin hesablanması başlayandan uzun müddət boyu yarışda Babiş lider olub. Lakin böyük şəhərlərdən nəticələr gəlməyə başlayanda Pavel rəqibini qabaqlayıb.
Namizədlər arasında fərq bir faizdən də azdır. Səslərin 99,6%-nin hesablanmasına görə, Pavel 35,34%, Babiş 35,04% səslə liderdir.
Qeyd edək ki, Petr Pavel əsasən paytaxt Praqada seçicilər arasında böyük qələbə qazanıb. Onun Çexiya paytaxtında dəstəyi hətta ilk turda seçilmək üçün tələb olunan 50%-lik həddi də keçib. Çexiya prezidenti postuna əsas namizədlərdən biri, 14 faizlə üçüncü sıranı tutan Danuşe Nerudova Petr Pavelin Babiş üzərində qələbəsi naminə onu dəstəklədiyini bəyan edib.
Çexiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin eks-sədri Petr Pavel qatı qərbpərəstdir və Ukraynaya gələcək hərbi yardımı, eləcə də avronun qəbulunu dəstəkləyir.musavat.com 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar