Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt :"Öz taleyinizi seçin"

Tarix: 13-01-2023 23:16     Baxış: 4225 A- / A+
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin mövqeyinə yaxın mesajlar vermək məcburiyyətində qalıb. Azərbaycan əslində öz ərazisində olan Ermənistan vətəndaşlarını yola salmağa, bizim vətəndaşlığımızı qəbul edənlərin isə ölkəmizdə yaşamasına şərait yaratmağa hazır olduğunu bəyan edib. Ölkə başçısı da vurğuladı ki, kim bizim ölkəmizdə yaşamaq istəmirsə gedə bilər. Amma kim bizim ölkəmizin vətəndaşı olaraq yaşamaq niyyətindədirsə, dialoq, tövbə qapısı açıqdır. Onlara Azərbaycan hökuməti ölkə vətəndaşları kimi bütün təminatları verməyə hazırdır.

Bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, dünya ictimaiyyətinin gözü önündə Azərbaycan öz vətəndaşlarına tətbiq etdiyi konstitusion hüquqları erməni əsilli vətəndaşlarına da şamil edəcək:

“Burada əslində başqa bir problem qalmır. Amma hansısa erməni durub burada “dövlət” yaratmaq istədiyini deyəcəksə, separatçılıq, terrorçuluqla məşğul olmaq istəyəcəksə buna sözsüz ki, yol verilməyəcək. Əslində bu gün Paşinyan da onları yönəltməyə çalışır ki, Ermənistana arxayın olmayın. Çünki Ermənistan artıq Azərbaycan ərazisində ermənilər üçün nəsə tələb etmək imkanına sahib deyil. Buna Ermənistanın ixtiyarı da yoxdur. Ona görə də Azərbaycanda yaşamaq istəyənlər ölkəmizlə dialoqa girməlidir.

 Azərbaycanın təklif etdiyi vətəndaşlıq modelini qəbul edib burada yaşamaq olar”.
Partiya sədrinə görə, Paşinyan Qarabağ ermənilərinə son çıxışı ilə xüsusi bir mesaj verib:

“Onlara öz talelərini həll etmək üçün konstruktiv yol tutmalı olduqlarını bildirib. Bunun əksinə Azərbaycanı nəyəsə məcbur etmək, yol və s. istəmək kimi məsələlər artıq arxada qaldı. Bundan sonra bu cür məsələlərlə Azərbaycana təzyiq göstərmək imkanı yoxdur. Paşinyan da əslində bu faktı etiraf etdi”.
Fazil Mustafa hesab edir ki, Azərbaycan da bu tezisləri davam etdirməlidir:

“Ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə erməni əsilli vətəndaşlara təkliflərimiz çatdırılmalıdır. Çünki onlar ya Vardanyan, Balasanyan, Arutyunyan kimi separatçıların, terrorçuların arxası ilə gedib daha böyük istirablara düçar olma yolunu seçməlidir, ya da əksinə Azərbaycanla qaynayıb-qarışmalıdırlar. Azərbaycan da buna ən yüksək təminat verməyə hazır olduğunu bəyan edib”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar