Xəbər lenti
54 saray, 38 təyyarə, it üçün milli matəm
Tailand kralı Maha Vaçiralonqkorn (X Rama) varidatına görə çoxlarını üstələyir.
Sərvəti 40 milyard dollardan çox olan kralın 54 sarayı, 38 təyyarəsi, 21 helikopteri var. Avtomobillərin, qızıl zinət əşyalarının dəqiq sayını yalnız özü bilir. 6500 hektar ərazidə qurulan malikanənin dəyəri 30 milyard dollardan çoxdur.
Kralın tacqoyma mərasimində istifadə etdiyi tacın hündürlüyü 1 metrdən çoxdur. Bahalı brilyantlarla bəzədilmiş tac 1782-ci ildə hazırlanıb və kütləsi nə az, nə çox – 7,2 kiloqramdır. Müqayisə üçün deyək ki, İngiltərə kralının tacı heç 2 kq deyil.
Hökmdarın gündəlik istifadə etdiyi “Rolls Royce”un qiyməti 2 milyon dollardan çoxdur.
Avtomobil kolleksiyasının incilərinə gəlincə: 1960-cı il modeli Rolls Royce Phantom (175.000 dollar), Maybach 62 (625.000 dollar), Cadillac DTS (42.000 dollar), Maybach S600 Pullman (1,2 milyon dollar), Rolls Royce Silver Cloud III (875.000 dollar), Rolls Royce Phantom IV (962.000 dollar) və s. göstərmək olar.
Kralın hobbisi pudel cinsi itlərdir. Sarayda 24 belə it saxlanılır. Onlardan ən məşhuru Fu Fu adlı itə bir neçə il əvvəl rəsmi mərasimlə aviasiya marşalı rütbəsi verilmişdi. Qızılı paqonlar taxılmış iti bütün rəsmi tədbirlərdə iştirak edirdi. Fu Fu öləndə isə... ölkədə 3 gün matəm elan edildi. lent.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar