Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ermənilərinə pul sanksiyası-limit tətbiq olundu

Tarix: 12-01-2023 08:49     Baxış: 4279 A- / A+
Yanvarın 11-dən etibarən Qarabağdakı qondarma rejim nağd pul dövriyyəsinin tənzimlənməsi prosesinə bəzi dəyişikliklər edib.

Bu barədə erməni mediası bildirir.

Qeyd olunur ki, Qarabağın ermənilər yaşayan hissəsində bankomatlar və POS-terminallar eyni ödəniş kartı ilə nağd pul çıxarılmasına limit təyin edəcək. Bu barədə “artsaxın informasiya qərargahı” adlı oyuncaq qurum məlumat yayıb.

“Xüsusən, Artsax Respublikasında mövcud olan bütün bankomatlarda və POS-terminallarda eyni ödəniş kartı ilə nağd pulun çıxarılması üzrə limit gündə 50 000 dram qədər məbləğdə müəyyən ediləcək.

Artsaxda fəaliyyət göstərən bankomatlar və POS-terminallar vasitəsilə istənilən bankın kartları üçün nağd pul çıxarmaq mümkün olacaq. Artsaxın Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində respublikada nağd pul dövriyyəsində problemlər yarandı. Əhali tərəfindən külli miqdarda vəsaitin çıxarılması nağd pul dövriyyəsinin azalmasına səbəb oldu. Operativ qərargahın iclasında dövlət naziri problemin həlli üçün tədbirlər görülməsi ilə bağlı göstəriş verib”, - məlumatda deyilir.

Beləliklə, separatçı rejim Qarabağdakı ermənilərin qaçıb aradan çıxmasının və Vardanyan-Arutyunyan rejimindən yaxa qurtarmasının qarşısını almaq üçün daha bir təzyiq metoduna əl atıb… musavat.com

Manevr.az 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar