Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə 50 milyon dollarlıq BÖHTAN - Ermənilərə BƏLA GƏTİRƏN ŞƏXS

Tarix: 11-01-2023 08:07     Baxış: 4287 A- / A+
"Xankəndidə guya ərzaq böhranının yaşanması və orada talon sisteminin tətbiq edilməsi ilə bağlı qondarma qurumun nümayəndələri tərəfindən verilən bəyanat bölgəmizdə vəziyyətin normallaşmasına qarşı birbaşa Ermənistan hakimiyyətinin diqtəsi ilə aparılan pozuculuq, təxribat kampaniyasının tərkib hissəsidir".

Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistanın hədəfi bölgəyə özünə sərf edən müəyyən beynəlxalq missiyaların gəlişinə şərait yaratmaqdır:

"Hər kəs bilir ki, qondarma rejimin nəzarəti altında olan ərazilərdə nəyinki ərzaq böhranı ilə bağlı çətinliklər yoxdur, hətta üstəlik onlar özlərinin separatçı hərəkətlərini dünyanın müxtəlif bölgələrində dəstək qazanmaq üçün milyonlarla pul xərcləyirlər. Əgər doğrudan da orada vəziyyət bu dərəcədə ağırdırsa, bu günlərdə həmin Ruben Vardanyan və özlərinə münasib digər beynəlxalq televiziya və media strukturlarında geninə-boluna müsahibələri hansı vəsaitin hesabına əmələ gətiriblər?! 

Əgər doğrudan da Xankəndidə vəziyyət bu dərəcədə ağırdırsa, o zaman Vardanyan aylar öncə Xankəndinə gələndə verdiyi o yekə-yekə bəyanatların mənası nədən ibarət idi? Vardanyan demirdimi ki, "Mən Xankəndiyə buradakı erməni əhalisini xilas etməyə gəlmişəm"? Xilas etməyə gələn və rus xalqından oğurladığı milyardların hesabına başından böyük bəyanatlar verən Vardanyan bu gün nə əcəb həmin vəsaitlərini Xankəndidə insanların vəziyyətini yüngülləşdirmək üçün sərf etmək istəmir?! 

Məsələ burasındadır ki, Xankəndidə vəziyyət heç də Ruben Vardanyanın dediyi kimi ağır deyil. Əgər ağır olsaydı, guya Laçın yolunun ətrafında Azərbaycanın yaratdığı blokadanın mahiyyətini dünyaya çatdırmaq üçün bütün dünya mediasına 50 milyon pul xərcləyib, xüsusi bir kampaniya başlatmazdılar. Bütün bunlar onu göstərir ki, Ermənistanın və qondarma rejim nümayəndələrinin məqsədi heç də orada vəziyyəti erməni xalqının gün-güzəranını yaxşılaşdırmaqdan ibarət deyil. Məqsəd bölgəmizdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin getməsinə imkan verməməkdir. 

Hər kəs başa düşür ki, Ermənistan bu gün nə sərhədlərin delimitasiyası üzrə danışıqların getməsində maraqlıdır, nə də sülh sazişinin imzalanmasında. Onların məqsədi nə olursa-olsun normal dinc prosesləri dayandırmaq və bölgədə gərgin bir vəziyyətin mövcud olduğu barədə müəyyən beynəlxalq qüvvələrə mesajlar verməkdən ibarətdir.

Ermənistan əgər bu gün Laçın yolunda Azərbaycanın beynəlxalq hüquq normalarına və dövlətin suveren maraqlarına uyğun apardığı bu aksiya ətrafında belə hay-küy kampaniyası başlayıbsa, bu, Ermənistanın uzaq gedən məqsədlərindən xəbər verir. Ermənistan istəyir ki, bütün dünyaya guya Azərbaycanın Xankəndini humanitar blokadaya aldığı barədə bir görüntü yaratsın və bununla da Qarabağla bağlı sülh sazişinin imzalanması və sərhədlərin dəyişdirilməsi üzrə normal danışıqların başlamasına maneçilik törətsin. 

Ermənistanın hədəfi bölgəyə özünə sərf edən müəyyən beynəlxalq missiyaların və Fransa kimi onun mövqeyini birmənalı dəstəkləyən dövlətlərin qüvvələrin gəlişinə şərait yaratmaqdan ibarətdir. Bütün bunlar Ermənistanın bölgədə sülh sazişində sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir. 

Əlbəttə, bu proseslərin sonunun necə olacağı ilə bağlı fikir söyləmək çətindir, amma sülh danışıqlarına belə bir vəziyyətin necə təsir göstərəcəyinə gəldikdə isə artıq sülh danışıqları pozulur. Artqı xeyli vaxtdır ki, nə sülh sazişinin imzalanması üzrə danışıqlar çərçivəsində görüşlər var, nə də sərhədlərin delimitasiya olunması üzrə işçi qruplar səviyyəsində hansısa bir görüşdən söhbət gedə bilər. 

Onsuz da Ermənistanın məqsədi elə bu prosesləri pozmaq idi və bu pozulmuş proseslərin üstündə Ermənistanın indi növbəti hədəfi müəyyən beynəlxalq missiyaların bölgəyə gətirilməsinə, hətta Fransanın və BMT-nin nəzarətində olan "sülhsevər" qüvvələrin bölgəyə gətirilməsinə qədər Ermənistan pozucu və təxribatçı bir hədəfi güdür. Məhz buna görə də guya Xankəndidə bu gün aclığın başladığı talon sisteminin tətbiq olunduğu barədə görüntü yaratmağa çalışır ki, bu da sülh prosesinə qarşı və Azərbaycanın sülhsevər siyasətinə qarşı çevrilmiş tərxribat əməlindən başqa bir şey deyil". milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar