Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda şikayəti rədd edildi, Bakıda baxılacaq

Tarix: 10-01-2023 21:21     Baxış: 3315 A- / A+
Naxçıvanda şikayəti rədd edildi, Bakıda baxılacaqSabah Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəməsi keçiriləcək.

Sabiq general-leytenantın məhkəməsi kassasiya şikayəti ilə bağlı yox, prosessual müddətin bərpasına görədir. Belə ki, o, barəsindəki həbs qərarından Naxçıvan Ali Məhkəməsinə şikayət etsə də, qanuni müddəti ötürdüyü üçün şikayət rədd edilib. Buna görə də, Ə.Əhmədovun müdafiəçiləri Naxçıvan Ali Məhkəməsinin çıxardığı qərardaddan Azərbaycan Ali Məhkəməsinə müraciət edib.

Cinayət Prosessual Qanunvericiliyə görə, Ali Məhkəmə müddətin bərpası ilə bağlı müraciəti təmin edərsə, generalın apellyasiya şikayətinə avtomatik olaraq kassasiya şikayəti kimi Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 17 il Naxçıvan MR-in daxili işlər naziri olmuş Ə.Əhmədov 2021-ci ildə həbs olunub. 9 milyon manat rüşvət almaqda təqsirli bilinən Əhmədov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilib. General-leytenant rütbəsi əlindən alınıb.

İki ay öncə cəzaçəkmə müəssisəsində səhhəti pisləşən Ə.Əhmədov Naxçıvan Diaqonostika Mərkəzinə köçürülüb. Hazırda orada müalicəsi davam etdirilir. Onu sabahki prosesdə müdafiəçiləri təmsil edəcək. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar