Xəbər lenti
Milli Müdafiə Universiteti qəbul elan etdi
Manevr.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qəbul "Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid hərbi nəzəri elmlər, hərbi xüsusi elmlər, hərbi təbabət və milli təhlükəsizlik ixtisasları üzrə elan olunub.
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan zabitlər və dövlət orqanlarında işləyən mülki işçilər, həmçinin dövlətlərarası müqavilələrə əsasən xarici ölkələrin Silahlı Qüvvələrinin zabitləri qəbul edilirlər. Mülki ali təhsil müəssisələrini bitirən zabitlər iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi- pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya qiyabi təhsil üçün müraciət etmiş namizədlər xarici dildən (ingilis, alman və ya fransız dillərindən biri, rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahanda iştirak etməyən namizədlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. DİM tərəfindən müəyyən edilən keçid balını toplayan namizədlər növbəti imtahanlara buraxılırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Test-DaF, DELF, DALF və STANAG 2.2.2.2) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru" elmi dərəcəsi almaq hüququna tədqiqat sahəsində müəyyən nailiyyətləri olan, ən azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru" elmi dərəcəsi almaq üçün müraciət edən namizədlər digər namizədlər kimi xarici dil üzrə yuxarıda göstərilən qaydalar əsasında DİM keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.
Dissertantlıq yolu ilə “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 01.04.2023-cü il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, alı təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.
Fəlsəfə doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);
- ali təhsilin magistr pilləsini bitirdikdən sonra adyunkturaya daxil olanlar üçün ali təhsil müəssisəsinin elmi şurasının vəsatəti (əgər varsa);
- xidməti (iş yerindən) xasiyyətnamə;
- kadrların şəxsi-qeydiyyat vərəqi və ya arayış-məlumat;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- cari il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə edilməsi barədə arayış (əyani təhsil almaq istəyənlər üçün (bu arayış imtahanlardan öncə də təqdim edilə bilər));
-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (azı 2 elmi məqalə).
Hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin və həmçinin təşkilat rəisləri adyunkturaya daxil olmaq istəyən zabitlərin (mülki işçilərin) raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 1 may tarixinədək komanda üzrə nəzdində adyunktura olan ali təhsil müəssisəsinin (elmi təşkilatın) rəhbərliyinə göndərirlər.
Elmlər doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);
- “Fəlsəfə doktoru” elmi dərəcəsi diplomunun müvafıq qaydada təsdiq edilmiş surəti (bu diplomu xarici ölkələrdə almış hərbi qulluqçular (mülki işçilər) üçün təkrar attestasiya (nostrifikasiya) diplomu);
- çap olunmuş elmi işlərin siyahısı;
- dissertasiyanın açıq planı;
- dissertasiyanın aid olduğu sahə üzrə iki elmlər doktoru elmi dərəcəsi olan mütəxəssisdən alınmış yazılı rəy;
- xidməti (iş yerindən) xasiyyətnamə;
- əmək kitabçasından çıxarış (mülki işçilər);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 15 aprel 2023-cü il tarixinədək Milli Müdafiə Universitetinin (Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi 136, “Qızıl Şərq” hərbi şəhərciyi) rektoruna göndərməlidirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar