Xəbər lenti
Naxçıvanda qurumlar bu sistemə inteqrasiya olunur

Manevr.az bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, İESD Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin operatorluğu ilə yaradılıb.
Xidmətin əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq edilən elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilib, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndiriblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verilib, Xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirilib.
Hazırda “İdarələrarası Elektron Sənəd Dövriyyəsi” informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1226 işçi yeri ilə qoşulub. Ötən il İESD sistemi vasitəsilə dövlət qurumları 25 min 619 sənəd göndərib, 25 min 606 sənəd qəbul edib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar