Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

ŞOK: Vardanyan avtobuslar ayırıb, fevralın 1-də Xankəndini boşaldır...

Tarix: 04-01-2023 16:46     Baxış: 3185 A- / A+
 "Vedmina izba - 2"("Cadugər daxması-2" "YouTube" kanalında özünü "cadugər" kimi təqdim edən ezoterik mütəxəssis İnqa Xosroyeva guya Qarabağdakı qanunsuz separatçı hakimiyyətin oradakı hayları Ermənistana köçürmək niyyətini açıqlayıb.

"ArmenianReport"un yaydığı məlumata görə o, həmvətənlərini ətalətdə və “oğrulara, yalançılara” və “vətənsiz kosmopolitlər yetişdirməyə” müqavimət göstərə bilməmələrinə görə qınayır.

“İndi diqqətlə qulaq asın. Ruben Vardanyan İngiltərə vətəndaşıdır, İngiltərənin agentidir”, - deyə əlavə edən İnqa qondarma "dövlət naziri"nin həyat yoldaşını xatırladaraq onun yəhudi mənşəli olması barədə mənfi fikirlər səsləndirib.

"Ruben Vardanyan gələn kimi Artsaxı mühasirəyə aldılar. O, hər gün çıxır, xalqı sakitləşdirir...İndi qulaq asın. Gizli sənədlər üzə çıxarmışıq... 2022-ci il noyabrın 16-da sizi hər gün yuxuya verən, "hər şey qaydasındadır, hər şey yaxşıdır" deyən sizin tərifli Ruben Vardanyan əmr yazıb ki, 2023-cü il fevralın 1-də Artsaxı boşaltmaq üçün 50 avtobus ayrılsın. Fevralın 1-də sizin hakimiyyət hamınızı oradan evakuasiya edəcək...

Vardanyana inanırsınız, amma o, bunu artıq noyabrın 16-da planlaşdırıb. Siz hələ blokadada deyildiniz, lakin Ruben Vardanyan artıq bu mühasirəni planlaşdırıb ki, mühasirəyə alınacaqsınız, yol bağlanacaq, aclıqdan öləcəksiniz və sonra oradan getmək qərarına gələcəksiniz" -deyə ezoterik vurğulayıb.

“Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük irəliləyişlər əldə edib”. Bunu isə Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da bildirib. Abramyanın sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Qarabağ separatçıları və Ermənistana yönəlik 5 dəfə hərbi əməliyyat keçirib.

“Təhlillər göstərir ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğurlar əldə edib”, - erməni deputat qeyd edib.

Abramyan bildirib ki, Azərbaycanın Ermənistanla sərhəddəki Göyçə-Zəngəzur cəbhəsilə (Qaragöl, Qızılcıq, Cermuk) müqayisədə Qarabağın Fərrux dağı istiqamətində daha çox irəliləmək imkanları var idi.
“Lakin Azərbaycan kəskin hava şəraitinə baxmayaraq Ermənistanla sərhəddəki çətin dağlıq ərazilərdə hücum həyata keçirdi və üstünlük qazandı. Üstəlik, qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi.
Burada böyük ölçüdə problem təkcə Azərbaycan PUA-larının bu qədər danışılan üstünlüyündə deyil, hətta Azərbaycan bölmələrinin dağlıq şəraitdə fəaliyyət göstərə bilməsində deyil, problem erməni silahlı qüvvələrinin mütəşəkkil şəkildə nizamsız olmasındadır”, - deyən deputat Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

Tiqran Abramyan bildirib ki, Azərbaycan 2 il ərzində Laçın-Kəlbəcər istiqamətindəki əsas, qəzalı yolların tikintisinə, yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb.

“Bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, həmin ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”, - deyə o, revanşist arzularını dilə gətirib. Müxalifəti təmsil edən deputat Ermənistan hökumətinin ordu quruculuğundakı işini tənqid edib. Onun fikrincə, işləmək, ordunu gücləndirmək və uğurla müdafiə olunmaq mümkündür. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar