Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda xanım nazir: Kim daha şanslıdır?

Tarix: 04-01-2023 10:45     Baxış: 4186 A- / A+

2022-cil hakimiyyət komandasında köklü dəyişikliklərlə yadda qaldı. Ramiz Mehdiyev, Səfər Mehdiyev və Anar Kərimovdan sonra Naxçıvan "xan"ı Vasif Talıbovun mədəni şəkildə iqtidar komandasından qovulması müzakirə mövzusu oldu.
Bu istefalar 2023-ci ildəki köklü dəyişikliklərin anonsu kimi də qiymətləndirilə bilər. Müşahidəçilər hakimiyyət komandasındakı "təmizləmə əməliyyatı"nın 2023-cü ildə daha geniş spektri əhatə edəcəyini düşünürlər.

Bu il kürsüsü ilə vidalaşcaq məmurların sırasında ən çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, ədliyyə naziri Fikrət Məmmədovun, maliyyə naziri Samir Şərifovun və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adları hallanır. Elm və təhsil naziri Emin Əmrullayevin də "karvan"a qoşulması gözlənilir.

Manevr.az-ın "Yenisabah"-a istinadən məlumatına görə, hakimiyyət öz komandasını sürpriz adlarla yeniləmək və gücləndirmək istəyir. 2023-cü ildə istefaya göndəriləcək nazirlərin ən azı ikisinin yerinə cəmiyyətdə nüfuz sahibi olan zərif cins nümayəndələrinin təyin edilməsi gözlənilir.
Mənbə nazir postuna ən şanslı xanım namizədin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva olduğunu deyib. Onun sözlərinə görə, xanım deputat Anar Kərimovun tərk etdiyi posta sahiblənə bilər. Bu təyinatın yaxın vaxtlarda gerçəkləşməsi gözlənilir.
Məlumatlı şəxs deyib ki, Q.Paşayevanın komitə sədri kimi fəaliyyəti onun şansını daha da artırır.
Milli Məclisin Mədəniyyət Komitəsinə rəhbərlik etdiyi təxminən 3 il ərzində fəallığı, sənət adamlarına həssas münasibətilə seçilən xanım deputat bu posta ən layiqli namizəd sayılır.
Anar Kərimovun tərk etdiyi posta iddialılar sırasında tanınmış rejissor Mehriban Ələkbərzadənin də adı hallanır. Amma Q.Paşayeva ilə müqayisədə o, çox da şanslı hesab olunmur.
2023-cü il ombudsman Səbinə Əliyevanın da həyatında mühüm rol oynaya bilər. Əldə etdiyimiz məlumata görə, xanım Əliyeva bu il ədliyyə naziri təyin olunacaq. O, yaxın vaxtlarda istefaya göndəriləcək Fikrət Məmmədovun yerinə ən real namizəd sayılır.
Yüksək təhsil almış və bir neçə dildə sərbəst danışan S.Əliyevanın ədliyyə sistemində köklü dəyişikliklər aparacağı istisna edilmir.
Azərbaycan hakimiyyəti ciddi dəyişikliklər astanasındadır. Bu dəyişikliklərin kimlərin karyerasında əsaslı dəyişikliklərə səbəb olacağını isə zaman göstərəcək.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar