Xəbər lenti
Bakıda uşaq sığınacağında İNSİDENT - Polisə hücum olundu
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.
Bu barədə birliyin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabında məlumat paylaşıb. O, hadisə zamanı olanları belə izadə edib:
"Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi 4 cü bölmənin əməkdaşları yaşadı...
Uşaqları 3 həftə öncə nənə sığınacağa yerləşdirməsində məqsəd onların həyatı təhlükə olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsini məqsədə uyğun hesab etdi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilmə iddiasını qaldırıb.
Bu gün isə nənə gəlib ki, qızım mənim evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam, verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydalarını izah etdik. Bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik.
2 gündən sonra onların iştirakı ilə uşaqların verilib-verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi bizə fiziki müqavimətlər göstərdiyindən dərhal 102 xidmətinə müraciət etdik, sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı.
4 cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı, polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi".
K. Ağazadənin sözlərinə görə, hazırda həm ana, həm də nənə 4 cü bölməyə aparılıb. bizim.media
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar