Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni ilin ilk sorğusu: Türkiyə kimin prezident olmasını istəyir?

Tarix: 01-01-2023 21:50     Baxış: 3287 A- / A+
Yeni ilin ilk sorğusu: Türkiyə kimin prezident olmasını istəyir?Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı yeni ilin ilk sorğusunun nəticələri açıqlanıb.

Bu barədə "Sabah" qəzetində dərc olunan məqalədə bildirilir.

Məqalədə daxili siyasətdə şəriksiz liderin Prezident Rəcəb Tayyib Ərdoğan olduğu vurğulanır:

"Ötən il ulduzu həmişə parlaq olan siyasətçi, şübhəsiz ki, Prezident Ərdoğan idi. Qlobal tarixi sammitlərin əvəzolunmaz ismi olması, Rusiya-Ukrayna müharibəsindəki sülhsevər rolu, taxıl dəhlizinin açılması, 200 əsirin xilas edilməsi, İsrail və Suriya da daxil olmaqla bir sıra ətraf dövlətlərlə yeni münasibətlərin qurulması onu qlobal zirvədə saxladı. Bu uğuru ilə həm də qlobal hücumların hədəfinə çevrildi.
İyirmi illik hakimiyyətinə baxmayaraq, ötən il daxili siyasətdə ən nüfuzlu şəxs o idi. Hələ də Türkiyənin ən sevilən, ən uğurlu və ən etibarlı siyasətçisidir.

"Optimar Research" şirkətinin ötən ilin son günlərində keçirdiyi sorğuda respondentlərə "Bu gün prezident seçkisi olsaydı, kimə səs verərdiniz" sualı ünvanlanıb.

Cavablar bunu göstərir:
Ərdoğan 43.7 faiz, Kamal Kılıçdaroğlu 12.4 faiz...

Fərq 30 faizdən çoxdur. Kılıçdaroğlunu bir-iki faiz fərqlə Mansur Yavaş, Əkrəm İmamoğlu və Maral Akşənər izləyir". teleqraf.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar