Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

KTMT ordusu Ermənistana gedir Paşinyanın tənqidləri havada qaldı...

Tarix: 01-01-2023 21:13     Baxış: 3221 A- / A+

“Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”. Bu barədə Musavat.com Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Həmçinin bildirilir ki, Rusiya Federasiyasının Ermənistandakı hərbi poliqonlarda ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır. Məlumata görə, təlimlərdə hərbi əməliyyatların birgə planlaşdırılması, Quru Qoşunlarının qərargah və bölmələri arasında şərti qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə taktiki təlimlər icra olunacaq.  

Qərb Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməməyi tövsiyə edir. Bu barədə “Hraparak“ nəşri öz mənbələrinə istinadən yazıb. Nəşrin yazdığına görə, Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə qədəm qoyub: “Əvvəlcə hakimiyyətin aşağı təbəqəsi Laçın yolundakı vəziyyətlə bağlı günahı Rusiya Federasiyası və Rusiya sülhməramlılarının üzərinə atırdı. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təzyiqlər barədə danışdı və  hökumətin son iclasında Paşinyan bu barədə bəyan etdi: “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyini təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağdakı sülhməramlı qüvvələrinə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır””.
KTMT-də sədrlik Ermənistana nələr vəd edir? - “Təşəbbüs Rusiyanın əlindədir”
Nəşr xatırladır ki, Rusiya tərəfi hər iki halda bu bəyanatlara cavabını gecikdirmədi. “Münaqişənin iki tərəfi arasında razılıq əldə olunarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”, - Kremlin mətbuat katibi Peskov bildirib.

“Hraparak“ onu da yazır ki, Ermənistandakı siyasi dairələr bu gərginlikdən narahatdırlar, çünki belə bir vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi. Nəşr bəzi hökumət mənbələrinə istinadən edərək bu iddia ilə çıxış edir ki, hətta Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Putinə ultimatum verərək Laçının yolunun açılmasını, əks təqdirdə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacağını bildirib. “Bununla belə, mənbələrimiz bildirir ki, Paşinyan ötən həftə Cermukda səfirlərlə görüşdə Fransa Prezidenti Makronun ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq etdiyini, çünki onların Ermənistanın qarantı rolunu üzərinə götürə bilməyəcəyini etiraf edib. Ermənistanın ABŞ-dakı səfiri Makunts da əlavə edib ki, ABŞ tərəfindən dövlət katibi Entoni Blinken də analoji tövsiyəni Ermənistana çatdırıb”, - nəşr qeyd edir.
KTMT-nin İrəvan sammiti Ermənistan üçün tam fiasko ilə nəticələnib
Qeyd edək ki, Paşinyan Yeni il müraciətində ad çəkməsə də, sərhəd hadisələri zamanı KTMT-dəki müttəfiqlərini nəzərdə tutaraq onları müdafiə etmədiyini yenidən dilə gətirərək, gileylənmişdi. Bundan əvvəl də  Paşinyan KTMT üzvlüyünü dayandıra biləcəyini bəyan edib. 

O, bunun “sadəcə söz oyunu deyil, çox ciddi məzmun olduğunu” vurğulayaraq qeyd edib ki, əvvəllər KTMT-də təhlükəsizlik məsələləri müzakirə edilərkən, Ermənistan sərhədinin “KTMT üçün qırmızı xətt” olduğuna dair aydın təminat alıb”.

Rusiya isə KTMT-nin ünvanına səsləndirilən ittihamları əsassız hesab etdiyini bir neçə dəfə bəyan edib. İndi görünən odur ki, Rusiya Ermənistanın narazılıqları fonunda KTMT təlimlərini bu ölkədə keçirməklə Paşinyana xəbərdarlıq etmiş olur... musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar