Xəbər lenti
Artıq, Həmrəylik Günü 50 milyonun bayramına çevrilir
1989-cu ilin 31 dekabrında o taylı, bu taylı Azərbaycanı ayıran sərhəd dirəklərinin, tikanlı məftillərin sökülərək xalqın bütövləşməsinin rəmzinə çevrilmiş Həmrəylik Günü bu gün daha dolğun şəkildə qeyd olunur.
44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatması təkcə Azərbaycanın torpaqlarının iğaldan azad edilməsi ilə nəticələnmədi, bu Zəfər Türk dünyasına yeni ruh, yeni güc verdi. Bu Zəfər dünya azərbaycanlıları arasında öz dövlətinə inamı, arxalanmağı, güvənməyi aşıladı.
Bu gün Xudafərin körpüsü hər iki tayda yaşayan soydaşlarımızın müqəddəs məkanına çevrilib. Əgər Xudafərin körpüsü azad edilməsəydi, bugünkü birlik, bütövlik ruhu xalqımızı bu qədər özünə çəkərdimi? 44 günlük savaşla Azərbaycan xalqı yeni mərhələyə, bütövləşmək mərhələsinə qədəm qoyub.
Ulu öndər Heydər Əliyev Həmrəylik Gününün yaranması haqqında deyirdi: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Ümummilli lider Həmrəylik Gününün yaradılmasının banisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir;
Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu gün dünya azərbaycanlılarının bir nömrəli şüarına çevrilib.
Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.
Bu gün Həmrəylik anlayışımız artıq Azərbaycanın sərhədlərini aşaraq dünya azərbaycanlılarını, eyni zamanda, Türk dünyasını əhatə edir.
Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Bu gün Həmrəylik gününün birlik, bütövlük gününə çevirmək xalqımızın qarşısında dayan bir mövzudur. Bu baxımdan, 50 milyonluq Azərbaycan xalqının birliyi, eyni hədəfə vurması xalqımızın həmrəyliyini, birliyini və bütövlüyünün təmin edəcək
Milli Məclisin deputatı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar