Xəbər lenti
Volkovun Bakıya sensasion məktubu üzə çıxdı

“General Volkovun Azərbaycan dövlətinə gizli məktublarında sensasion məqamlar var. Bu, əslində ictimailəşdirilməyən, protokol məktubudur. Məktubda bilirsinizmi nələr var? O, iki yük maşınının Azərbaycandan keçməsi ilə bağlı xahiş edir. Məsələnin sensasiyalı tərəfi budur. İndiyə qədər biz sülhməramlılardan yüklərin daşınması ilə bağlı xahiş edirdik, ilk dəfədir ki, general Volkovun 2 yük maşını buraxılmırdı. Biz o maşınların keçidinə icazə vermirdik. Niyə icazə vermirdik? Ermənilər də deyə bilər ki, “Bax, görürsünüzmü, sülhməramlıların maşını buraxılmır”. Səbəb isə sadə idi, hərbi maşınlar Rusiya nömrələri ilə yox, erməni nömrələri ilə gəlmişdi. Volkov xahiş edirdi ki, sülhməramlılara ərzaq və təminat daşıyan o iki maşına icazə verilsin. Bizimkilərin isə şərti bu idi ki, maşınlar yoxlanılmasa, içərisində hansı məhsul olduğu bilinməsə, onu buraxmayacağıq. Məsələnin ən sensasion tərəfi budur ki, Volkov iki məktub yazmağa məcbur oldu. Hadisə 28 dekabrda baş verib. Proses bir neçə saat davam etdi, maşınlar 10 saatdan çox orada qaldı. Çünki sülhməramlılar maşınların yoxlanılmasına imkan vermək istəmirdilər. Azərbaycanlılar da öz növbəsində yoxlanmamış hərbi maşının ərazisdən keçməsinə imkan vermək istəmirdilər. Qoy, Azərbaycan ictimaiyyəti bilsin, Şuşanın soyuğuda dayanmış ekofəalların hansı missiya həyata keçirdiyini anlamaq lazımdır. Dünya tarixində ilk dəfədir ki, bir yolda baş verən hadisə BMT TŞ-də müzakirə olunur. 12 gündür ki, Fransa məsələni BMT TŞ-yə qaldırıb, ancaq Azərbaycanı qınayan bəyanat qəbul etdirə bilmir. Çünki Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Bizim artıq Fransaya güc gələ biləcək dostlarımız var. Bu, önəmli nüansdır”, - deyə o bildirib. axar.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar