Xəbər lenti
Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq
Azərbaycanın işğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.Prezident İlham Əliyevin Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsində və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq. azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























