Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Prezident xalqımıza yeni hədəfi göstərdi – Bu, Qərbi Azərbaycandır” – Aqil Məmmədov

Tarix: 27-12-2022 18:14     Baxış: 3251 A- / A+

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə dövlət başçısı Qərbi Azərbaycanla bağlı böyük rezonansa səbəb olan tarixi fikirlər səsləndirib.
Milli Məclisin deputatı Aqil Məmmədov mövzu ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, ölkə Prezidenti xalqımıza yeni hədəfi göstərdi – Bu, Qərbi Azərbaycandır”: “44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımız qarısında yeni vəzifələr və yeni hədəflər qoyur. Bu vəzifə və hədəflər isə ölkə Prezidenti tərəfindən müəyyənləşdirilir. Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu. Ötən illər ərzində Prezident ən mötəbər kürsülərdə İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Bu gün isə Qərbi Azərbaycan məsələsi dövlət və cəmiyyət olaraq prioritet məsələ kimi qarşımızda dayanır. “Nəyi, necə və nə vaxt etmək lazımdır… bunu mən bilirəm” deyən ölkə başçısı, artıq, bu məsələ ilə bağlı öz çağrışını etdi. Cənab Prezidentin həyata keçirdiyini məqsədyönlü siyasətin nəticəsidir ki, Qarabağın azad olunması uğrunda bir yumruq olan dünya azərbaycanlıları növbəti dövrdə istər Qərbu Azərbaycan, istərsə, Güney Azərbaycan olsun, böyük millət olaraq üzərinə düşən missiyanı qəbul edirlər. Biz inanırıq ki, dövlətimizin gücü və milli birliyimizlə xalqımız Qərbi Azərbaycan ellərimizə də qovuşacağıq”.
“Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandallıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildiyini dünya ictimaiyyəti bilməlidir” deyən A.Məmmədovun sözlərinə görə biz öz ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, Aprel əməliyyatından sonra artıq Naxçıvan dağlarını, məcburi köçürülmüş yaşayış məntəqələrimizi binoklsuz görə bilirik. Təbii ki, bu başlanğıcdır. Hədəf isə Qərbi Azərbaycana qayıtmaqdır. “Prezident İlham Əliyevin dediyi hər bir söz real həyatda öz əksini tapıb. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıtmağımızın da zamanı gələcək. Ona görə də Qərbi Azərbaycan İcması üçün müasir şəraitli inzibati binanın istifadəyə verilməsi və burada məqsədyönlü fəaliyyətə başlanılması gələcək hədəflərimizə çatmaq üçün çox əhəmiyyətli olacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar