Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Tarix: 27-12-2022 18:05     Baxış: 3298 A- / A+

Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq direktoru Nizami Mehtiyev tərəfindən rayon sakinlərindən işə düzəltmək adı ilə pul vəsaiti alınması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Saatlı Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı Nizami Mehtiyevin direktor işlədiyi dövr ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamasına, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mənafeyinə qəsdən zidd olaraq vətəndaşların işə düzəlməsi ilə əlaqədar müxtəlif vaxtlarda ümumilikdə 25 min manat pul vəsaitini rüşvət qismində almasına və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar