Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsrailli əsgərlərə təlim keçən həmyerlimizin atasından ÖZƏL AÇIQLAMA – “Oğlum Azərbaycanda da xidmət edəcək”

Tarix: 24-12-2022 23:14     Baxış: 4221 A- / A+

"Oğlumun xidmət vaxtı terror qrupunu zərərsizləşdirməsi barədə heç bir məlumatımız olmayıb.

Sadəcə İsrail dövləti bizi ora dəvət edəndə xəbər tutmuşuq ki, Cəlalın belə fəaliyyəti olub" 

Bu sözləri İsrailin baş naziri tərəfindən mükafatlandırılan azərbaycanlı hərbçi Cəlal Hüseynovun atası Elşən Hüseynov bildirib.  

Elşən Hüseynov əslən Ağdam rayonunun Qalayçılar kəndində olduğunu diqqətə çatdırıb.

Cəlalın İsrailə gedişi isə orada yaşayan qohumlarının vasitəçiliyi ilə baş tutub.  

Uşaq yaşlarından İsrailə gedən qəhrəmanımız orada idmanla məşğul olub, müxtəlif yaş dövrlərində nəaliyyat qazanıb. Bundan sonra isə həqiqi hərbi xidmətə başlayıb:  

"Bir daha qeyd etmək istəyirəm ki, bizim ailənin Cəlalın etdiklərindən xəbəri olmayıb. O, hal-hazırda İsrail hərbi polisində xüsusi təyinatlı qrupda xidmət edir. Bununla yanaşı peşəkar idmançı olduğuna görə İsrail hərbi polisinin sıralarına yeni qəbul edilən əsgərlərə əlbəyaxa döyüş növləri üzrə məşqlər keçir”.  

Cəlalın Azərbaycana gəlib gəlməməsi barədə də fikir bildirən E.Hüseynov qeyd edib ki, Cəlal ikili vətəndaş olduğu üçün hökmən Azərbaycanda da hərbi xidmət keçəcək:  

"Cəlal mənim kiçik oğlumdur. Böyük qardaşı Elmir Azərbaycan ordusunda xidmət edib. O xidmətini dövlət sərhəd xidmətində keçib. Cəlal da Azərbaycanda xidmət keçəcəyini deyir. Əlbəttə, Azərbaycan bizim vətənimizdir. Mən Vətənimlə də, oğlumla da fəxr edirəm", -deyib, Elşən Hüseynov.  

Qeyd edək ki, İsrail Dövlət rəhbərinin dəvəti ilə orada səfərdə olan ailə yaxın günlərdə Azərbaycana dönəcəklər. bizim.media

Manevr.az 








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar