Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Aksiya Xankəndiyə qayıdışın başlanğıcıdır? - Ekspert

Tarix: 17-12-2022 08:48     Baxış: 4208 A- / A+


Ekologiya aksiyasının Qarabağdakı ermənilərin azərbaycanlıların tələblərini qəbul etməsinə qədər davam edəcəyini düşünürəm. Fikrimcə, aksiyaçıların tələblərinin sayı, miqyası və sərtlik dozası getdikcə artacaq.

Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.

Alimin sözlərinə görə, aksiyaçıların tələbləri qəbul olunduqdan sonra Rusiya yenidən fəallaşacaq:

“Rusiya, 44 günlük müharibədə olduğu kimi, Qarabağdakı erməni separatçı-terrorçuların müqaviməti sındırılana qədər passiv davranacaq. Onlar azərbaycanlıların tələblərini qəbul etdiklərini (böyük ehtimal bunu Vitali Balasanyan vasitəsilə edəcəklər) açıqladıqdan sonra Rusiya aktiv fəaliyyət fazasına dönəcək. Azərbaycan rus sülhməramlıların da müşaiyəti ilə başda monitorinq olmaqla, bütün suverenlik hüququnu bölgədə mərhələli şəkildə təmin etməyə başlayacaq. Buraya Xocalı və Xankəndiyə azərbaycanlıların dönüşü də daxildir. Bəhs etdiyimiz kontekstdəki prosesi həyata keçirmək üçün Azərbaycan tərəfi özünə uyğun formatda, şərtlərdə və təqvimdə bir mexanizm quracaq.
Aksiyaya xaricdən gələn bəyanatların isə təsiri olmayacaq. Sözügedən mövzuda da 44 günlük müharibə dövründəki bənzər reaksiya və mənzərənin ortaya çıxacağını düşünürəm”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar