Xəbər lenti
6 yaşında ərə verilən qızın atası və həyat yoldaşı həbs olundu - Şəkillər
Yusuf Ziya Gümüşel ilə birlikdə H.K.G-ni illərdir cinsi təcavüzə məruz qoyan Kadir İstekli də saxlanıldıqdan sonra həbs edilib. Belə ki, ötən günlərdə iddianamə qəbul edilmişdi və Kadir İstekli üçün 30 ildən, ata Yusuf Ziya Gümüşel və ana Fatimə Gümüşel üçün isə 18 ildən az olmamaq şərti ilə həbs cəzası istənilmişdi.
Səs-küy yaradan və cəmiyyətdə reaksiyalara səbəb olan hadisə ilə bağlı H.K.G. və Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkilləri həbsdə olan müttəhimlər Kadir İstili və Yusuf Ziya Gümüşəl haqqında həbs tələb ediblər.
Qeyd edək ki, 6 yaşında evləndirilən və mütəmadi olaraq təcavüzə məruz qalan H.K.G-nın 17 yaşında ana olduğu deyilir. Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında gizli olaraq istifadə etdiyi sosial media hesabı vasitəsilə yaşadıqlarını bir qadına danışıb
Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u polisə müraciət edib və səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları təqdim edib. Məsələ ilə bağlı məhkəmə prosesi cari ilin oktyabr ayında nəticəsiz olaraq başa çatıb. Belə ki, Kadir İstekli, Yusuf Ziya Gümüşel və həyat yoldaşı Fatma Gümüşelə 27 ildən az olmayaraq həbs tələb olunsa da, sözügedən şəxslər həbs edilməyib.
6 yaşında evləndirilən H.K.G.-nin həyat tarixçəsi Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə və narahatlıqlara səbəb olub. Bildirilir ki, bu qızın timsalında Türkiyədə kiçik yaşlarında ərə verilən qızların taleyi narahatlıq doğurur. qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar