Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbi tarakan basıb? - RƏSMİ AÇIQLAMA

Tarix: 15-12-2022 20:37     Baxış: 4632 A- / A+
Bakıda məktəbi tarakan basıb? - RƏSMİ AÇIQLAMA - FOTO"Üç həftədir məktəbimizi tarakan basıb. Xüsusən 3 və 4-cü mərtəbələrdə həşəratlar çox yayılıb. Uşaqlarımız sinifdə otura bilmirlər, tavandan üzərlərinə tarakan tökülür".

Övladı paytaxtın 153 nömrəli məktəbində təhsil alan bir qrup valideyn müraciət edib.

Onlar iddia edirlər ki, artıq siniflərdə dərs keçmək qeyri-mümkündür:

"Bir neçə gündür müəllimlər də belə şəraitdə dərs keçməkdən imtina edirlər. Onlar etiraz olaraq aşağı düşür, direktor onları geri-dərsə qaytarır. Direktor Təranə Paşayevaya dəfələrlə şikayət etmişik. Hər gedəndə bizi otaqdan qovur. Deyir ki, "Yekə adamsınız, ilan deyil ki, həşəratdır da... Çıxın kabinetdən, sizi eşitmək istəmirəm". Antisanitariya baş alıb gedir. Valideynlərdən yığdığımız fond pulu ilə dezinfeksiya vasitələri almışıq. Dövlət orqanlarına müraciət etmişik, heç bir xeyri yoxdur. Uşaqlar bilmirlər dərsə qulaq assınlar, yoxsa tarakanlardan qorunsunlar".

Şikayətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, təhsil müəssisələrində mütəmadi olaraq əks-epidemik profilaktik dezinfeksiya işləri aparılır:

"153 nömrəli tam orta məktəbin binasında da dezinfeksiya işləri həyata keçirilib. Qeyd olunan məsələ BŞTİ tərəfindən araşdırılacaq və zəruri tədbirlər görüləcək". qafqazinfo

Manevr.az 
Bakıda məktəbi tarakan basıb? - RƏSMİ AÇIQLAMA - FOTOBakıda məktəbi tarakan basıb? - RƏSMİ AÇIQLAMA - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar