Xəbər lenti
“Kəlbəcərdəki mina partlayışları Ermənistanın terrorçu siyasətini göstərir ” – Millət vəkili
“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını itirən və yaralan Azərbaycan vətəndaşları, hərbçilərimiz var. Münaqişənin dayandırılması ilə bağlı məlum üçtərəfli bəyanatdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın mina terroru davam edir".
Manevr.az bildirir ki, Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar aşkarlanır:."Ermənistan üzbəüz döyüşlərdə heç bir nəticə əldə edə bilmir, əksinə daha çox canlı qüvvə, daha çox hərbi texnika, daha çox mövqelər itirir. Buna görə də, mina terroru ilə məşğuldur. Gizli şəkildə Azərbaycanın hüdudları daxilində minalar basdıraraq belə facilərə, insan itkilərinə səbəb olur".
Hazırda, Laçın yolunda ermənilərin törətdiyi ekoloji terrora qarşı keçrilən aksiya haqqında danışan A.Məmmədov bildirib ki, bu aksiyanın məqsədi Ermənistanın təkcə insanlığa deyil, təbiətə, ekologiyaya, təbii sərvətlərə qarşı fəaliyyətinə etiraz etməkdir: “Təəssüf ki, Rusiya sülhməramlı kontnigentinin məsuliyyət daşıdığı bölgədə Azərbaycanın təbii sərvətlərinə qarşı vəhşicəsinə qarşı talama həyata keçirilir. Bu da terrorun bir növüdür. Təbiətə qarşı terrordur”.
Millət vəkilinin sözlərinə görə bu gün guya Qarabağda yaşayan ermənilərin humanitar problemlərlə üzləşdiyini hayqıran bəzi beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi mina terroruna susqun yanaşırlar: “Biz beynəlxalq təşkilatlardan və dövlətlərdən ədalətli münasibət gösləyirik. Azərbaycan dövləti Xankəndində yaşayan erməniləri öz vətəndaşları sayır və onların hər cür humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu, Laçın yolunun da humanitar məssədlər üçün açıq olduğunu bəyan edib”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar