Xəbər lenti
Mübarizəmiz tələblərimizə cavab verilənədək davam edəcək - Qarabağ qazisi
Artıq üçüncü gündür ki, ekologiya üzrə ixtisaslaşmış Qeyri-Hökumət təşkilatları və aktivistlər Şuşa-Xankəndi yolundakı aksiyalarını davam etdirirlər. Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edib. Getdikcə aksiya iştirakçılarının sayı da artır.
Manevr.az xəbər verir ki, aksiya iştirakçılarından olan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu etirazlarla bağlı son durumu Modern.az-a açıqlayıb.
Onun sözlərinə görə, dinc aksiya öz axarı ilə davam edir:
“Rusiya sülhməramlıları aksiya iştirakçılarına müdaxilə etmir. Sadəcə sakit dayanıb müşahidə edirlər. Aksiyamıza yeni qüvvələr qoşulmaqda davam edir. Yorulanlarla yeni qüvvələr bir-birilərini əvəzləyirlər. Təminatımız da yüksək səviyyədədir. QHT-lər hər şeyi yüksək səviyyədə təşkil edib, yemək-içmək,tibbi xidmət - hər bir təminatımız var. Bircə yatmaq yoxdur. Çünki biz bura dincəlməyə yox, haqq səsimizi uclatmağa, mübarizəyə gəlmişik. Onu da qeyd edim ki, aksiyaya ilk gündən qoşulub, dincələnənlərdən də geri dönənlər var. Kim qalmaq istəyirsə, qalır. Burada tibb məntəqəsi də fəaliyyət göstərir. Doğrudur, burada səhhəti ilə bağlı elə də ciddi problem yaşayanlar olmur. Sadəcə, təzyiqi olanlar var. Məsələn, mənim dünən təzyiqim qalxmışdı, başımı ağrıyırdı. Tibb məntəqəsinə getdim, müayinə etdilər, dərman verildi, şükür ki, yaxşıyam".
R.Kərimoğlu vurğulayıb ki, aksiyalar hədəfinə çatana qədər davam edəcək:
“Aksiyalar tələblərimiz yerinə yetirilənə qədər davam edəcək. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə ermənilər faydalı qazıntı yataqlarımızı talayırlar. Biz buna etiraz edirik. Tələblərimiz çox aydındır. Belə ki, ekoloqlarımız əraziyə buraxılmalı, sözügedən talan dayandırılmalıdır. Rusiya sülhməramlılarından buna şərait yaradılmasını istəyirik”.
Qarabağ qazisi ermənilərin "ağır xəstələrimizi xəstəxanaya çatdıra bilmirik, yolun bağlanması səbəbindən təminatımız dayanıb" kimi ittihamlarını əsassız sayıb:
“Belə bir hal olmayıb. Yəni nə vaxtsa, təcili tibbi yardım maşını gəlib yolda qalmayıb. Əlbəttə, təcili tibbi yardım maşını gəlsə və onun keçidi təmin edilsə belə, bu problem yaratmayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar