Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mərkəz sədri: Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik

Tarix: 14-12-2022 08:06     Baxış: 3277 A- / A+
 “Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”.

Bu sözləri  Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb:

“Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı sivil və əliyalın şəkildə bildiririk. Ancaq təəssüflər olsun ki, Rusiya sülhməramlıları dinc insanların qarşısına ağır hərbi texnikalarla çıxıblar. 30 il ərzində Ermənistan Azərbaycan ərazilərində ekoloji terror törədiblər. Biz QHT-lər olaraq bu məsələnin beynəlxalq təşkilatların müzakirəsinə çıxıarılması ilə bağlı bəyanat üzərində işləyirik.

Hesab edirəm ki, məsələ beynəlxalq ictimaiyyətin gündəminə gətirilməlidir. Rusiya sülhməramlıları sanki ermənilərə yardımçı və dəstəkçi missiyasını göstərirlər. Onlar mandatına uyğun fəaliyyət göstərmirlər. Biz Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik. Əks təqdirdə, bizim aksiyalarımız davam edəcək”. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar