Xəbər lenti
Laçın yolundakı aksiyaya Güneydən dəstək GƏLDİ
Manevr.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli deyib. Onun sözlərinə görə, rus sülhməramlılarının erməni separatçılarına dəstək verməsi region üçün təhlükəlidir.
“Ermənilər rus sülhməramlıları ilə birləşərək, terrorçu əməllərini davam etdirmək istəyirlər. Onlar Qarabağda terrorun kök salmasına can atırlar. Təəssüf ki, bu işə İranı da cəlb ediblər. Təxribatlara Fransanın dəstək verməsi heç kimə sirr deyil. Bölgədə təhlükəli planlar həyata keçirməyə çalışırlar. Rusiyanın sülhməramlı qüvvələri də erməni terrorunu canlandırmağa xidmət edir. Əraziyə silahların daşınması, sərvətlərin talanması bunu açıq şəkildə göstərir. Yaranmış vəziyyəti fürsət bilən İran rəhbərliyi də terrorçulara dəstək verir və bununla erməni terrorizminin yenidən canlanmasına töhfə verirlər. Bütün bunlar Azərbaycanın təhlükəsizliyini təhdid edən məsələlərdir. Qara qüvvələr regionda Azərbaycanın sülh və sabitlik istiqamətindəki siyasi-iqtisadi fəaliyyətlərini ləngitmək istəyirlər. Bundan başqa, regionun və dünyanın xeyrinə olan enerji sahəsində iri layihələrin həyata keçirilməsinə mane olmağa çalışırlar. Bu baxımdan Azərbaycan vətəndaşlarının onların qarşısında ciddi duruş sərgiləyib, sərvətlərin talanmasına etiraz etmələri önəmli hadisədir. Hesab edirəm ki, bu aksiya hərtərəfli dəstəklənməlidir”, - Sadiq İsabəyli vurğulayıb.
Güneyli milli fəal vurğulayıb ki, bütün dünyanın diqqəti Qarabağdakı aksiyaya yönəldilməlidir:
“Aksiyada ingilis dili ilə yanaşı, digər dillərdə də plakatlar qaldırılmalıdır. Alman, fransız, ingilis və digər dillərdə canlı yayımlar edilməli, aksiyanın məqsəd və tələbləri dünyanın diqqətinə çatdırılmalıdır. Aksiyanın Qarabağda keçirilməsi mühüm əhəmiyyətə malikdir. İndiki məqamda diqqəti azərbaycanlıların erməni, İran-fars rejimi və Rusiya qarşısında haqlı mübarizəsinə çəkmək lazımdır”.
Siyasi şərhçi güneyli azərbaycanlıların da bu aksiyanı dəstəklədiyini əlavə edib:
“Güney azərbaycanlıları, eyni zamanda Güney Azərbaycan Azadlıq Hərəkatı olaraq, soydaşlarımızın bu aksiyasını, mübarizəsini dəstəkləyirik. Onlara uğurlar diləyirik. İnanırıq ki, aksiyanın tələbləri yerinə yetiriləcək. İşğalçı Ermənistan, İran, Rusiya və Fransa öz layiqli cavablarını alacaqlar”.
Qeyd edək ki, azərbaycanlı ekoaktivistlər, ekologiya üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanın tarixi bölgəsində - Laçından Xankəndi şəhərinə gedən yolun Şuşa rayonu ərazisindən keçən hissəsində aksiya keçirirlər. Ötən gün səhər saatlarında başlayan aksiyanın əsas məqsədi Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş separatçı qurum tərəfindən qanunsuz olaraq istismar edilən qızıl yataqlarında ekoloji monitorinqin təşkil olunmasına şərait yaradılmasıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar